Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həbs edilən futbolçu: "Bütün cəhdlərimə baxmayaraq bu hadisə baş verdi"

 

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi iddiası ilə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov mətbuata açıqlama verib.

Xeberinfo.com:   Məlumata görə, futbolçu Azadinform-un suallarını anası Xalidə Hüseynova vasitəsilə cavablandırıb.

C.Hüseynov bildirib ki, məhkəmədə işə ədalətlə baxılacağı təqdirdə azadlığa çıxacağına inanır: “Bütün sübutlar var, sübutlara baxmayaraq mən hələ də həbsdəyəm. Rəhmətlik Rasimlə danışmışdım, qohumlarımın araya girib məsələni ölüm həddinə qədər gətirmələri məni pis vəziyyətdə qoydu”. 

Təqsirləndirilən Elşən İsmayılovun “o söyüb, mən də vurmuşam” sözlərinə münasibət bildirən C.Hüseynov qohumunun bu hərəkətini qeyri-etik adlandırıb: “Rasimin qohumlarına qarşı bu hərəkətə pis baxıram. Bibim oğlu əvvəldən də mənə bu barədə məlumat verəndə ona qarışmamasını məsləhət görmüşdüm. Demişdim ki, jurnalistdir, onun işi yazmaqdır. Buna baxmayaraq Elşən məni eşitmədi. Sonra Rasimlə danışdım və bibim oğluna da yazdım ki, Rasimlə danışdım, xəbəri təkzib edəcək və məsələ bununla da bitəcək. Amma bütün cəhdlərimə baxmayaraq bu hadisə baş verdi”.

Qeyd edək ki, Rasim Əliyev facebook-da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. Beş nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. C.Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. C.Hüseynovun işi üzrə icraat ayrılıb və hazırda onun da məhkəməsi davam edir. C.Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə proses martın 30-da keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam