Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Generalın evini taladılar: 50 min pul, 300 minlik qızıl...

 

Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin mənzilindən (İzzət Hemidov küçəsi 7, ev 8) 50 min manat və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. 

Xeberinfo.com:   Aznews.az-a daxil olan məlumata görə, bu məsələdə generalın evində qulluqçu işləyən Sədaqət Məmmədova ittiham olunur. Məsələ ilə bağlı istintaqa cəlb olunan S.Məmmədova mənzildən oğurlanan pulu və zinət əşyalarını götürdüyünü etiraf edib. Q.Əliyev anası Böyükxanım Əkbərova ilə bir evdə yaşayır. Məhz bu üzdən də hüquq-mühafizə orqanlarında Q.Əliyevin deyil, anasının adı keçir. 

Məsələ ilə bağlı Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsi, ev 20-də yaşayan Sədaqət Məmmədova AzNews.az-a açıqlamasında həmin mənzildə qulluqçu işlədiyini təsdiqləyib: “Ev çox gəlişli-gedişlidir. Sentyabrın 13-də dedilər ki, mənzildən oğurluq olub, 50 min pul və 100 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Ev sahibi Böyükxanın Əkbərova məndən şikayət etməyib, sadəcə evindən oğurluq edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Amma polislər şübhəli şəxs kimi məni aparıb 5 ay içəridə saxladılar. Mən neynəmişəm ki… Məhkəmə oldu, heç nəyi sübut edə bilmədilər. Odur ki, məni ev dustaqlığına buraxdılar. Hazırda ev dustağıyam”.

S.Məmmədova qeyd edib ki, Q.Əliyev həmin mənzildə anası ilə birgə yaşayır: “Amma onlar bu işdə Qumbay müəllimi həmin evdə yaşamayan şəxs kimi qələmə verdilər, özləri gizlətdilər. Halbuki onun anası ilə yaşadığını bütün qonşular təsdiq edir. Mən bu işlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdim. Hələ ki baxan yoxdur”.

S.Məmmədova vurğulayıb ki, o, əvvəllər Q.Əliyevin idarəsində işləyib: “Təmiz adam kimi məni seçdilər, dedilər anasına mən baxım. Evində kamera vardı. Amma oğurluq zamanı məlum oldu ki, kameralar işləmir. Əvvəl dedilər evdən 300 minlik qızıl-zinət əşyaları oğurlanıb. Sonra isə bilmirəm adlarından qorxdular, ya necə dedilər ki, 50 min pul, 100 min isə qızıl-zinət əşyası oğurlanıb”. 

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı generalın özüylə əlaqə saxlayıb. O, suala cavab verməyib, yalnız hədə-qorxu gələrək, onun mobil telefonunun haradan əldə etdiyimizi deməyi tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam