Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ali Məhkəmə AMAY Abdullanın şikayətinə baxacaq

 

Yaxın günlərdə Ali Məhkəmədə “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin kassasiya şikayətinə baxılacaq.
Xeberinfo.com:   Məlumata görə, bu barədə virtualaz.org saytına A.Abdullayevin vəkili Osman Kazımov bildirib. Vəkil müdafiə etdiyi şəxsin kassasiya şikayətinə martın 2-də Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrliyi ilə baxılacağını deyib.
Qeyd edək ki, A.Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan A.Abdullayev bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib. Bundan sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam