Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Məcburi köçkünlər Binəqədi şossesini bağlamaq istəyir

etirazcilar fehleAzəriqaz” 3 aydır bu əraziyə qaz verilişini dayandırıb

Xeberinfo.com:  Azərbaycan qaz istehsal edən ölkə olsa da həmişə vətəndaşlar qaz verilişindən narazılıq edib. Yəni, dünyaya qaz satan ölkənin vətəndaşı qazsızlıqdan əziyyət çəkib. Xüsusən də qış aylarında tez-tez qazlar kəsilir, vətəndaşlar çətinliklə üz-üzə qalır. Həm də SOCAR rəhbərliyi etiraf edir ki, Azərbaycan Gürcüstandakı erməni kilsələrinə pulsuz qaz verir. Bu etiraf ölkə vətəndaşı üçün daha təhqiredici xəbər oldu. Necə olur ki, öz vətəndaşın pul ödədiyi halda normal qazla təmin olunmur, amma erməni kilsələrinə pulsuz qaz verilir?

Bütün bunları ona görə xatırlatdıq ki, redaksiyamıza tez-tez bu mövzuda şikayətlər daxil olur. Bu gün isə bir qrup məcburi köçkün redaksiyamıza müraciət edib və problemləri həll olunmayacağı təqdirdə Binəqədi şossesini bağalayacaqlarını bildirirlər.

Müraciətdə deyilir ki, Binəqədi şossesi döngə 1 və döngə 2-də məskunlşamış məcburi köçkünlər noyabr ayının 5-dən bu günə qədər mavi yanacaq üzünə həsrət qalıblar. Onlar dəfələrlə aidiyyatı orqanlara müraciət etsələr də müxtəlif bəhanələrlə üzləşiblər. Hətta onlara bildiriblər ki, yuxarıların göstərişinə əsasən qənaət rejiminə keçiblər.

Müraciətdə o da qeyd olunur ki, məcburi köçkünlərin qazı qəsdən kəsilib və Masazırdakı istixanalara yönəldilib.

 

Məcburi köçkünlər bildirir ki, əgər onların problemi həll olunmasa, müraciətləri eşidilməsə Binəqədi şosesini bağlayıb etiraz aksiyası keçirəcəklər.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam