Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Universitetin sabiq baş mühasibi "İnterpol"a verildi

 

Azərbaycanda daha bir şəxs beynəlxalq axtarışa verilib.

Xeberinfo.com:   İnterpolun saytına istinadən məlumata görə, 1957-ci il təvəllüdlü Amil Mirzəyev mənimsəmə, israf etmə və vəzifə saxtakarlığında ittiham olunur.

Azərbaycan hüquq-mühafizə orqanları A. Mirzəyev barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, A. Mirəzyev Azərbaycan Texnologiya Universitetinin keçmiş baş mühasibi olub. O, 2015-ci ildə Maliyyə Nazirliyi tərəfindən universitetdə aşkar edilən mənimsəmə cinayətində təqsirləndirilir.

Belə ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2015-ci ilin birinci yarısında aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə yaydığı məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq 2015-ci ilin birinci yarısında Azərbaycan Texnologiya Universitetinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi işləri yoxlanılıb.

Azərbaycan Texnologiya Universitetində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam