Azərbaycan yenə qeyri-azad ölkə elan edildi
“Freedom House” ölkəmizi təməl azadlığının ən çox pozulduğu on ölkə siyahısına saldı
Xeberinfo.com: Vətəndaş və siyasi azadlıqlar üzrə nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan “Freedom House” 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı “2016-cı ildə dünyada azadlıqlar” adlı hesabatını açıqlayıb.Sənədə görə, həmin ölkələrdən yalnız 86-sı azad sayılır, 50 regionda isə vəziyyət böhranlı hesab edilib.
Bu barədə məlumat yayan “Azadlıq” radiosu xəbər verir ki, vətəndaş və siyasi haqların durumunun ən aşağı səviyyədə olduğu ölkələr kimi Suriya, Somali, Şimali Koreya, Özbəkistan, Səudiyyə Ərəbistanı, həmçinin də Yaxın Şərqin və Şimali Afrikanın digər dövlətlərinin adı çəkilib.
Söz-ifadə azadlığının ən çox pozulduğu ön ölkə siyahısına Əfqanıstan, Azərbaycan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan daxil edilib. Gürcüstan, Ermənistan, Bosniya və Hersoqovina qismən azad, Xorvatiya və Serbiya isə azad ölkələr kimi qeyd olunub.
Belarus beynəlxalq birlik üçün bu dəfə daha cəlbedici olub.
“Ancaq ölkə daxilində situasiya insan haqları sahəsində real dəyişikliklərə məruz qalmayıb. Bunu son prezident seçkiləri də təsdiq edir – hansı seçkilər ki, nə azad, nə də ədalətli olub” – hesabatda vurğulanır.
Sənəd müəlliflərinə görə, 2015-ci ildə dünyada azadlığın səviyyəsi aşağı olsa da, 195 ölkədən 86-sı, yəni 74%-i hələ ki azad ölkə olaraq qalır, 59 ölkə isə qismən azaddır. Yerdə qalan digər 50-si qeyri-azad ölkələrdir. Təşkilatın qənaətincə, son 10 il ərzində 105 ölkədə azadlığın səviyyəsi aşağı enib, 61 regionda isə yaxşıya doğru dəyişib.
Azadlığın tənəzzülünə görə 2015-ci il rekord vurub. Bu il ərzində 72 ölkədə azadlığın səviyyəsi enib.
Azad kateqoriyasına aid edilən 86 ölkədə planet əhalisinin 44 faizi yaşayır ki, bu da 2, 9 milyard insan deməkdir.
Qismən azad olan ölkələrdə 1, 8 milyard adam yaşayır. Bu dünya əhalisinin 24 faizidir.
Azərbaycanın da daxil olduğu azad olmayan 50 ölkədə planet əhalisinin 26 faizi və ya, başqa sözlərlə 2, 6 milyard insan yaşayır.
Beləliklə, dünyanın əhalisi azad və azad olmayanlar arasında təxminən ikiyə bölünüb.
Ötən il ərzində azad olmayanaların sırasından qismən azad kateqoriyaya bir ölkə – Zimbabve qalxıb.
Qismən azadlıqdan azad olmayanların çərgəsinə Dominikan Respublikası, Lesoto və Çernoqoriya enib.
Azad ölkələrin coğrafiyasına baxanda, burada əsasən Karib hövzəsini çıxmaq şərtilə Şimali və Cənubi Amerikanı, Türkiyə və keçmiş Yuqoslaviyanı çıxmaqla Avropanı görürük.
Əksərən azad olmayan Afrika və Asiyada Monqolustan və Hindistan azad ölkələr sırasındadır.
Əksərən azad olmayan Afrika və Asiyada Monqolustan və Hindistan azad ölkələr sırasındadır.
Musavat.com qeyd edir ki, “Freedom House” Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində də “siyasi və vətəndaş hüquqlarına” qiymət verib. Sənədə görə, Ermənistan kimi “Dağlıq Qarabağ da qismən azad ərazidir”. Başqa sözlə, belə çıxır, separatçı rejimin nəzarətindəki ərazidə azadlıqların səviyyəsi Azərbaycanın yerdə qalan hissəsindəkindən yaxşı hesab edilib.
Əlbəttə ki, bu məqam təşkilatın gəldiyi ümumi nəticəyə və qərəzsizliyinə müəyyən kölgə salır. Çünki işğal edilmiş, yerli azərbaycanlı əhalinin etnik təmizlənməyə məruz qaldığı ərazidə heç bir siyasi-vətəndaş haqlarının təmin olunmasından söhbət gedə bilməz().