Öldürülən jurnalistin anası ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Xeberinfo.com: Məlumata görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib.
Prosesdə təqsirləndirilən Samir Mustafayev ifafə verib. O, təqsirləndirilən şəxsləri tanımadıqını, tanışı Pərvizin zəng vurub Elşəngilin Bayıla cay icməyə gəlmək istəfiklərini, "Bayıl market"i tanımadıqlarını, onlara o yeri göstərməsini xahiş edib. Sonra Elşən özü də zəng vurub:" Onlarla "Bayıl market"in qarşında görüşdük. Bir nəfər yaxınlaşdı. Aralarında birdən dava düşdü. Əlimi uzadıb onu yerdən qaldırdım. Sonradan adını bildiyim Rasim adlı şəxs qacıb getdi. Əgər orada dava olacaqını bilsəydim, hec ora getməzdim. Sonra "Bibiheybət" məscidinə gedib namaz qıldıq".
Təqsirləndirilən vəkillərin, dövlət ittihamcısının sualalrını cavablandırıb.
Daha sonra zərərcəkmişin hüquqi varisi Teyfurə Əliyeva ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərə ən aqır cəzanın veriıməsini istəyib. Bildirib ki, oqlunun ölümünə həkim səhlənkarlıqı da səbəb olub.
T.Əliyeva bu hadisənin məhz Cavid Hüseynovum göstərişi ilə baş verdiyini də deyib.
Məhkəmə yanvarın 26-da davam edəcək.
Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.
Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərin işindən ayrılıb.