Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Biznesmeni oğurladılar, 10 milyon dollar tələb edirlər

Rusiyanın Tolyatti şəhərində qumarxanalar şəbəkəsinin sahibi olan azərbaycanlı iş adamı oğurlanıb.

Xeberinfo.com:   Rusiyanın regional KİV-lərinə istinadən xəbərə görə, hadisə dekabrın 18-də baş verib. Ancaq biznesmenin oğurlandığı haqda xəbərlər indi yayılıb.

Bildirilir ki, dekabrın 18-də 43 yaşlı Kamal Quliyev Tolyatti şəhərindəki “Olimp” idman-sağlamlıq kompleksində məşq edən 7 yaşlı oğlunu götürməyə gedib. Ancaq buna imkan tapmadan naməlum şəxslər tərəfindən oğurlanıb. Onun “BMW X6” markalı avtomobilini idman-sağlamlıq kompleksinin qarşısındakı park yerində tapıblar.

Müstəntiqlər hadisə yerində biznesmenin qol saatını və üst geyiminin qopmuş düymələrini tapıblar. Bu da K.Quliyevin zor tətbiq olunmaqla qaçırıldığını deməyə əsas verir.

Şəhərin 2 nömrəli polis idarəsi azərbaycanlı biznesmenin oğurlandığı barədə elan verib və onun yerin bilənlərdən bu haqda məlumat verməyi xahiş edib.

Yerli KİV-lər isə yazır ki, quldurlar biznesmenin azad edilməsi üçün 10 milyon dollar tələb edirlər. Bildirilir ki, K.Quliyev bir neçə il əvvəl də oğurlanmış və sanballı məbləğ ödədikdən sonra buraxılmışdı.

2007-ci ildə Samara məhkəməsi azərbaycanlı biznesmenləri oğurlamaqla ixtisaslaşmış bandanın üzvlərinə hökm oxuyub. Bandaya Tolyattinin özəl mühafizə şirkəti “Medved”in direktoru Mixail Drobot başçılıq edib. Bandanın tərkibində azərbaycanlı biznesmenləri nişan verən iki azərbaycanlı da olub.

O vaxt hüquq-mühafizə orqanları bandanın oğurladığı iş adamlarınının bir çoxundan ifadə ala bilməmişdi. Ehtimal olunub ki M.Drobotun bandası daha çox biznesmeni oğurlayıb. O cümlədən K.Quliyevin oğurlanması da onların işidir.

Bandanın K.Qulyevin biznes-partnyorları Fikrət Məmmədovu və David Babayevi oğurladığı haqda yerli KİV-lər də yazıb.

Fikrət Məmmədov və Kamal Quliyev daşınmaz əmlak, tikinti, restoran və oyun biznesində ortaq olublar. Bir neçə il əvvəl onun şəhərdə “Kokos” qumarxanalar şəbəkəsi olub. Lakin K.Quliyevin oyun biznesindən gəlirləri son vaxtlar kəskin azalıb və hesab edilir ki, onu oğurlayanların tələb etdikləri 10 milyon dolları ödəməsi real deyil.

Görünür, banda K.Quliyevin bahalı maşında gəzməsinə və zahirən zəngin həyat tərzi keçirən şəxs təsiri bağışlamasına aldanıb.

Ailəsi isə hələ biznesmenin oğurlanmasını şərh etmir.

Bildirilir ki, biznesmenin içərisində mobil telefon olan çantasını Tolyattidəki yaşıllıqların birində tapıblar. Şəhər ətrafındakı meşədə orta cərgə oturacaqlarının üst hissəsi kəsilmiş “miniven” tipli yandrılmış maşın tapılıb. Ehtimal olunur ki, bu maşın oğurlanmış adamların daşınması üçün nəzərdə tutulmuşdu. Maşının Rusiyanın başqa regionunda qeydiyyatda olduğu bildirilir.

Mətbuat yazır ki, polis Quliyevin oğurlanması ilə bağlı cinayət işinin istintaqını çox ləng aparır və sanki onu tapmaqda heç maraqlı deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam