Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Evə basqın: Maskalı şəxs ev sahibəsini bıçaqladı

6cd117358ff8e558170ce69784c7d900

 

Son vaxtlar şəhərcikdə bu tip cinayətlər xeyli artsa da, hadisələrin heç birinin üstü açılmayıb
Xeberinfo.com:   Bakıda maskalı şəxs yaşayış evinə basqın edib.
Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi”ndə qeydə alınıb. Maskalı naməlum şəxsŞuşa rayonu Malıbəyli kənd sakini Aslan Həsənova məxsus evə girərək, onun həmin vaxt evdə tək olan həyat yoldaşı Həsənova Gülsüm Tufan qızından pul tələb edib. G. Həsənova evdə pul olmadığını dedikdə isə onu döyməyə başlayıb. Qadına zərbələr endirən maskalı şəxs onun qarın nahiyəsindən bıçaq xəsarəti yetirərək hadisə yerindən qaçıb.
Hadisə yerinə polis və təcili yardım çağırılıb.
Sakinlərin dediyinə görə, son vaxtlar “Şuşa şəhərciyi”ndə analoji hadisələrin sayı artıb. Dekabrın 15-də də evlərdən birinə girən naməlum şəxs ev sahibəsindən pul tələb edib. Ev sahibəsi pul olmadığını deyəndə isə onu döyüb. Bu hadisə barədə də polisə məlumat verilib, lakin naməlum şəxs hələ də tutulmayıb.
Sakinlər bildiriblər ki, son vaxtlar “Şuşa şəhərciyi”ndə bu tip cinayətlərin xeyli artmasına baxmayaraq, hadisələrin heç birinin üstü açılmayıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən APA-ya bildirilib ki, faktlarla bağlı polisə məlumat daxil olub, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam