Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda həkim sərnişin avtobusunun altında qaldı

 

Bu gün saat 11 radələrində Bakının Nərimanov rayonunda sərnişin avtobusu Bakı Sərnişin Nəqliyyat Departamentinin həkimini vurub. 

     "xeberinfo.com": Rayon Polis İdarəsindən əldə etdiyimiz məlumata görə, Bədəl adlı şəxs idarə etdiyi “Daewoo” markalı, 17 saylı sərnişin avtobusu ilə Bakı Sərnişin Nəqliyyat Departamentinin həkimi Tamerlan adlı şəxsi vurub.

      Hadisəni törədən 17 saylı avtobusun sahibkarı Fəxrəddin Məmmədov isə açıqlamasında hadisə zamanı sürücünün heç bir günahının olmadığını bildirib. Onun sözlərin görə, vurulan Tamerlan ölməyib, hazırda xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

 b   “Hadisənin baş verməsində sürücünün günahı olmayıb. Stadionun yanı avtobusun sonuncu dayanacağıdır. Tamerlan orada sürücülərdən pul yığır və onların sağlamlığı haqqında kağız verir. Tamerlan avtobusun arxasında olanda, sürücü bilməyib, maşını tərpədib. Həkim də avtobusun altında qalıb. Sürücünun 30 yaşı olar. Yazıq uşaq çox yaxşı insandır”.

    Lakin hadisə şahidləri bildiriblər ki, sürücü həmin şəxsin üstündən iki dəfə keçib. Əvvəlcə onu görməyib. Maşını arxaya verərkən, piyada avtobusun təkəri altında qalıb. Daha sonra, təşvişə düşən sürücü avtobusu geriyə verib. Piyadanın ikinci dəfə üstündən keçib. Piyada hadisə yerində ölüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam