Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tutulan ekstremistlər 4 aylıq həbs edildi

Nardaranda baş verən hadisəyə görə saxlanılan 14 nəfərin hamısı barədə həbs-qətimkan tədbiri seçilib.

Xeberinfo.com:   Bu barədə Baş Prokurorluqdakı mənbələrdən məlumat verilib.

Xəbərdə deyilir ki, onların hamısının barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

14 nəfər barəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214(terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279 (qanunda nəzərdə tutulmayan silahlı birləşmələr yaratmaq), 281 (dövlət əleyhinə açıq çağırışlar), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, noyabrın 26-da DİN Nardaranda islamçı ekstremistlərə qarşı xüsusi əməliyyat keçirib. Bu zaman polisə silahlı müqavimət göstərən radikalların 4-ü məhv edilib. Silahlı insidentdə iki polis əməkdaşı da şəhid olub. Hacı Tale Bağırzadə başda olmaqla 14 islamçı ekstremist həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam