Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yol polisindən sürücülərə radar tələsi- VİDEO

 

Yevlax-Gəncə yolunda analoqu olmayan radar aşkarlanıb. Bu dəfə yol polisləri radarı elə yerdə gizlədiblər ki, dünyaca məşhur olan öncəgörən Vanqa da onu görə bilməzdi…

Xeberinfo.com:   Məlumata görə, avtosfer.az saytının əməkdaşları sürücülərdən daxil olan məlumatlar əsasında qeyd olunan yolda müşahidələr aparıblar və işıq dirəyində gizlədilmiş radar üzə çıxıb.

Çəkilmiş videodan aydın olur ki, beton dirək əslində yolu işıqlandırmaq üçün nəzərdə tutulmayıb. Bu dirək elektrik naqillərini ötürmək üçün nəzərdə tutulub.

Lakin Yevlax-Gəncə yolunun Gəncə şəhəri istiqamətində gizli şəkildə həmin dirəyin başına dəmir “plafon” qoyulub.

“Plafon”un içərisinə isə yüksək peşəkarlıqla radar qurğusu yerləşdirilib. Kənardan baxanda bunu sadəcə olaraq yolu işıqlandırmaq üçün nəzərdə tutulan işıq dirəyi zənn etmək olar. Amma yolun o hissəsində bu dirəkdən başqa işıq dirəyi yoxdur.

Bu qurğu elə yerdə yerləşdirilib ki, həmin yolu hər iki istiqamətdən çəkir. Yəni, Gəncəyə gedənlər də, gələnlər də bu radarın hədəfinə tuş gələ bilər.

Aparılan müşahidələrdən sonra məlum olub ki, həmin yolda qanuni radarlar da mövcuddur. Sadəcə olaraq yolun hər iki istiqamətindəki qanuni radarların arasında təxminən 3 km məsafə boş qalır ki, sürücülər həmin məsafədə sürət həddini aşırlar.

Yol polisi əməkdaşları də bu boşluğu doldurmaq və sürücüləri cəzalandırmaq üçün əraziyə bu cür “peşəkarlıqla” radar yerləşdiriblər. Amma məsələ burasındadır ki, bu radar qanunsuz radardır və Dövlət Yol Polisinin Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunmayıb...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam