Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəbhədə silahlar susmur

 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 85 dəfə pozub.

 

Xeberinfo.com:  Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan ordusu bu ölkənin Noyemberyan rayonunun Voskevan, Dovex kəndlərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım, Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.

İşğalçılar Goranboy rayonunun Gülüstan, Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Çaylı, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərinə atəş açıblar.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam