Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Polis rəsinin işdən çıxarılmasında "ölüm hadisəsi"

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Polis İdarəsi 12-ci polis bölməsinin rəisini vəzifəsindən azad edib.
"Xeberinfo.com":   Məlumata görə, nazirin əmri ilə Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Yerinə isə hələlik təyinat yoxdur.
Musavat.com Ü.Məmmədovun vəzifədən uzaqlşadırlmasının təfərrüatlarını öyrənə bilib. 
Polkovnik-leytenantın vəzifəsini itirməsinin səbəbi rəhbərlik etdiyi bölmədə ciddi nöqsanların üzə çıxması olub. Ü.Məmmədovun uğursuz fəaliyyəti ilə bağlı nazirə bir neçə də məlumat verilib. 
Rəisin postunu itirməsinə səbəb olan sonuncu hadisə isə sentyabrın 27-də baş verib. Bu haqda həmin gün saytımızda məlumat dərc etmişdik. Məlumatda 1983-cü il təvəllüdlü Şaiq Sadıqovun polis bölməsində dindirilərkən ona qarşı göstərilən fiziki təzyiqlərdən sonra dünyasını dəyişdiyi qeyd edilirdi. Ş.Sadıqovun yaxınlarına iddia edirdilər ki, onu polis bölməsinə gətirib ifadə alıblar. İfadə alınan zaman Ş.Sadıqova ağır bədən xəsarətləri yetirilib. Vəziyyəti ağırlaşan Ş.Sadıqov yaxınlıqdakı Sabunçu xəstəxanasın yerləşdirilib. 
Baş-beynin əzilməsi, boyundaxili hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ş.Sadıqov əməliyyat edilsə də onun həyatını xilas etmək mümkün olmamışdı. 
Ş.Sadıqovun ölümündən sonra onun ailə üzvləri 12-ci polis bölməsinin qarşısına toplaşıblar. Onlar baş vermiş hadisənin günahkarı olan polis əməkdaşlarının qanun qarşısında cavab verməsini tələb ediblər. Narazı kütləni sakitləşdirmək üçün polis bölməsinin qarşısına əlavə polis qüvvəsi cəlb olunub. Baş verən səs-küylü hadisə DİN rəhbərliyi tərəfindən ciddi şəkildə araşdırılıb və nəticəsi olaraq Ü.Məmmədov vəzifədən uzaqlşadırılıb. 

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Mətbuat xidmətindən bildirildi ki, qeyd edilən məsələ araşdırıldıqdan sonra məlumat veriləcək. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam