Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

MTRŞ: "ANS hər dəfə uduzur"

 

"Milli Televiziya və Radio Şurası (MTRŞ) yarandığı vaxtdan ANS Müstəqil Yayım və Media Şirkəti qurumun çıxardığı qərarlarla bağlı hər zaman əks mövqe nümayiş etdirib və bir neçə dəfə məhkəməyə müraciət edib".

 

"Xeberinfo.com":  Məlumata görə, bunu "Report"a açıqlamasında MTRŞ-nin Hüquq şöbəsinin müdiri Nemət Cavadov deyib. 

Onun sözlərinə görə, bu günə kimi ANS-lə bir neçə məhkəmə çəkişməsi olsa da, onlardan yalnız biri ANS-in lehinə qərarla yekunlaşıb: "ANS TV MTRŞ-nin çıxardığı qərarlarla heç bir zaman razılaşmayıb. Bir neçə dəfə məhkəmə iddiası qaldırsa da, onlardan yalnız birində iddiası təmin olunub. Efirdə insanların daxilindən cin çıxarılması prosesinin uşaqların psixologiyasına mənfi təsir göstərdiyini açıqladığımıza görə MTRŞ-ni məhkəməyə vermişdilər. Orada tibbi ekspertlərin hansı arqumentdən çıxış etdiklərini bilmirəm, amma bu halın uşaqlara mənfi təsir etmədiyini bildirdilər. Məhkəmə də ekspertlərin rəyinə əsasən ANS-in iddiasını təmin etmişdi".

N.Cavadov bildirib ki, digər məhkəmələr hər zaman MTRŞ-in xeyrinə bitib: "ANS sonuncu dəfə MTRŞ-ni "Salam Azərbaycan" verilişinin yayımını dayandırdığına görə məhkəməyə verib. Digər verilişlərlə bağlı MTRŞ-ni məhkəməyə vermələri ilə bağlı bildiriş almamışıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam