Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Dərmanlar qiymətləri enməmiş apteklərdən yoxa çxmağa başlayıb

 

Dərman preparatlarının qiymətinin endirilməsi ilə bağlı hökumətin elan etdiyi kampaniya əks effekt verməyə başlayıb. Hakimiyyət dərmanların yeni aşağı qiymətlərini elan etməyə macal tapmamış artıq apteklərdən müxtəlif dərmanlar yox olmağa başlayıb. 
"Xeberinfo.com":  Məlumata görə, yalnız reseptlə satılan akineton və denazepam yoxdur. Son iki gündə Turan-ın müxbiri Alflutop inyeksiyasının qıtlığı ilə üzləşib. Belə ki, bu dərman əvvəllər açıq satışda olub və reseptsiz satılıb.
İki gün ərzində Yasamal, Səbayel, Nəsimi rayonlarında 20-dən çox aptekdə bu preparatlar tapılmayıb. Əczaçılar həmin preparatların artıq daxil olmadığını bildirirlər və bunun səbəbini ölkəyə gətirilən dərmanların sayının xeyli azalması ilə izah edirlər.
Bəzi ekspertlərin fikrincə, dərman bazarının dövlət tənzimlənməsinin sərtləşdirilməsi əczaçılıq biznesinin rentabelliyini azaldır və bəzi oyunçuların bazardan çıxması qıtlıq yaradacaq və dərman preparatlarının “əl altından” baha qiymətə satışına səbəb olacaq.
Qeyd edək ki, artıq Bakıda apteklərin bağlanması prosesi gedir. Aptek sahibləri bunu təkcə biznesmenlərinin tamahkarlığı ilə yox, həm də vergi və gömrük xidmətlərinin aptek sahibləri üçün təyin etdikləri “xərac” ilə izah edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam