Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Piyada keçidi yararsız hala düşdü

 

Bu gecə Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə Atatürk prospekti arasında olan hissəsində yerləşən yerüstü piyada keçidində yanğın baş verib.

 

"Xeberinfo.com":   “Azəryolservis” ASC-dən azvision.az- a verilən xəbərə görə, piyada keçidində yanğın baş vermiş avtomobil qəzası zamanı yaranıb. Sözügedən prospektin əsas yolundan yan yoluna, Atatürk prospektinə doğru keçmək istəyərkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirərək avtomobilini öncə yol ayrıcında olan səki daşlarına, daha sonra isə yerüstü piyada keçidinin qarşısında yerləşən avtobus dayanacağına və işıq dirəyinə çırpıb.



Zərbə nəticəsində avtomobil yanmağa başlayıb. Yanğın qısa müddət ərzində piyada keçidinə də keçib. Əraziyə çağırılan Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisəyə tez bir zamanda müdaxilə edərək, alovun qarşısını ala biliblər.



Bədbəxt hadisə zamanı yerüstü piyada keçidinin bir hissəsinin üzlüyü, dam örtüyü və metal konstruksiyaları, həmçinin girişdə olan eskalatorların bir hissəsi yanaraq sıradan çıxıb. 



Bundan başqa qəza zamanı piyada keçidinin pilləkanlarının mərmər üzlükləri və səki daşları qırılaraq, yararsız hala düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam