Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vergilərin 30%-dən çoxu zorla yığılır! – NAZİR MÜŞAVİRİ

 

Azərbaycanda vergilərin 68,5%-i könüllü qaydada toplanır. 

"Xeberinfo.com":  Fins.az-ın məlumatına görə, bunu Şamaxıda keçirilən “Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masada vergilər nazirinin müşaviri Ələkbər Məmmədov deyib.

Vergilər Nazirliyinin rəsmisi tədbirdə iştirak edən ictimai və qeyri-hökümət təşkilatlarının nümayəndələrinə səslənərək könüllü vergi yığımında onların böyük rola malik olduğunu deyib. Cənab Məmmədovun sözlərinə görə, vergilərin dövlət büdcəsinə vaxtında və tam ödənilməsində sosial tərəfdaşların dəstəyi çox vacibdir:

“Əsas məqsədimiz o deyil ki, vergidən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb edilsin. Əsas odur ki, yayındırılmış vergi məbləğləri dövlət büdcəsinə ödətdirilsin. 2015-ci ilin 1-ci yarımilliyi ərzində 508 iş üzrə 29,1 milyon manat məbləğində yayındırılmış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam