Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Abdullah Güldən Türkiyənin xarici siyasətinə sərt tənqid

 

Türkiyənin keçmiş prezidenti Abdullah Gül, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da qatıldığı bir iftar proqramında Türkiyənin xarici siyasətini tənqid edib

"Xeberinfo.com":   Avropa.info xəbər verir ki, iftar zamanı Ərdoğanla eyni masada oturan  Abdullah Gül çıxışı zamanı ölkəsinin xarici siyasət kursunu  sərt şəkildə tənqid edib.
Gül çıxışı zamanı Türkiyə hakimiyyəti üçün "qırmızı xətt" olan  Misirin də adını çəkib. Keçmiş prezident  Misirdə  hakimiyyəti  hərbi  çevriliş yolu ilə ələ keçirən  prezident  Sisi ilə əməkdaşlığa eyham vuraraq, "Misirdən tutmuş, Liviyaya qədər əlaqələrimizi inkişaf etdirməliyik" deyib. 
 
"Yaxın Şərqdə Fələstin məsələsinin həll edilmədiyi halda  uzunmüddətli sülh yoxdur. İslam ölkələrinin bir-birənə savaş açması  həqiqətən çox acıdır. Bu baxımdan inanıram ki, Türkiyə olaraq bu ölkələrə yardımçı olmalıyıq. Bunun üçün də şübhəsiz ki, hamısı ilə əlaqəmizi inkişaf etdirməliyik. Liviyadan Misirə qədər, Yəməndən bütün Körfəz ölkələrinə qədər, necə bir vaxtlar onlara  yardım etdiksə, yenidən bu ölkələrə  yardım  edən , yol göstərən  olmalıyıq. Bu mənada açığı, Yaxın Şərq və ərəb  ölkələri ilə bağlı  siyasətlərimizi daha realist bir şəkildə nəzərdən keçirməyin də faydalı olacağı qənaətindəyəm. Çünki regionda başqa  hadisələr baş verir. Böyük bir xaos  ortaya çıxarsa, bu xaosun içərisindən çıxacaq, heç təxmin etmədiyimiz sürprizlərlə qarşı-qarşıya qala bilərik".
Qeyd edək ki, Türkiyənin xarici siyasəti ilə bağlı Ərdoğanla Gül arasında öncəki illərdə də fikir ayrılığı vardı. Misirdə dövlət çevrilişindən sonra, prezident  kürsüsünə  oturan  Sisiyə Abdullah Gül təbrik məktubu göndərmiş,  Ərdoğan  isə qanuni prezident  kimi  Məhəmməd Mursini  tanımışdı.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam