Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Kia Motors Az“ media qurumunu məhkəmə ilə hədələdi

 

"Kia Motors Az" MMC-nin rəsmi mövqeyi mətbuatda şirkətlə bağlı gedən yazı ilə əlaqədər növbəti açıqlamasını yayıb.

"Xeberinfo.com":   Şirkət rəsmiləri iddia edirlər ki, barələrində qeyd edilənlər yalandır və nüfuzuna zərbə vurulduğu üçün məhkəməyə müraciət edə bilər

Milli.Az şirrkətin açıqlamasını təqdim edir:
"22 iyun 2015-ci il tarixdə "AzNews.az" və ona istinadən bir sıra internet saytlarında "Parabank" ASC və "Kia Motors Az" MMC barəsində həqiqətə uyğun olmayan məlumatlar yazılaraq yayılmışdır. Bununla bağlı MMC həqiqətə uyğun olmayan məlumatları yaymış saytlara məktub yollayaraq öz etirazını bildirmişdir.
27 iyun və 29 iyun 2015-ci il tarixlərində yenə də "AzNews.az" saytı birtərəfli mövqe nümayiş etdirərək, məqalədə adları hallanan şirkətlərin mövqeyini işıqlandırmadan eyni səpkili məqalələrin yerləşdirməsini davam edib. Reytinq xatirinə yazılmış, təhrif olunmuş məlumatlara əsaslanan, qərəzli və böhtan xarakterli bu məqalələr "Kia Motors Az" MMC-nin reputasiyasına xələl yetirir və Azərbaycan Respublikasının "Kütləvi informasiya vasitələri haqqında" qanunun bir sıra maddələrinə ziddir. Bununla bağlı "Kia Motors Az" MMC-nin məhkəmə orqanlarına müraciət etməsi istisna olunmur.  
"Kia Motors Az" MMC bir daha qeyd edir ki,  "Kia Motors Az" MMC "Parabank" ASC-nin "Nəsimi" filialı ilə uzun illərdir ki əməkdaşlıq edir, MMC-nin bu filialda bank hesabı mövcuddur, bu hesab üzrə müqaviləyə əsasən pul vəsaitinin yığılması, saxlanması və dövriyyəsi qanuni əsaslarla həyata keçirilir. Məqalələrdə sözü gedən cinayət işi üzrə "Kia Motors Az" MMC zərərçəkmiş kimi tanınmışdır.
Qeyd edilən cinayət işində törətdiyi cinayət əməlinə görə həbs olunan şəxs vardır. İstintaq davam etdiyinə görə, MMC tərəfindən hər hansısa geniş məlumatların verilməsi mümkün deyil.
"Kia Motors Az" MMC yayılan məlumatların böhtan olduğunu bildirir və xəbər saytlarını bu kimi böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam