Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səhiyyədə vahid elektron idarəetmə sistemi

 

Azərbaycanın informasiya texnologiyaları üzrə şirkəti “Neuron Technologies” xəstəxana informasiya idarəetmə sisteminin, həmçinin ölkəmizdə aptek müəssisələrinin elektron idarə edilməsi üzrə innovativ həllin tətbiqini planlaşdırır. Bu məqsədlə səhiyyə sistemində vahid elektron idarəetmə sisteminin yaradılması ilə bağlı layihəyə başlanılıb. 

"Xeberinfo.com":   Azərtac-a istinadən xəbərə görə, şirkətin rəhbəri İsmayıl Ələkbərovun verdiyi məlumata görə, layihə Türkiyənin “İsim Soft” və “Microsoft” şirkətlərinin iştirakı ilə tətbiq olunur.

“Azərbaycanın tibb sistemində 500-dən artıq müəssisə mövcuddur və məqsədimiz bu müəssisələrdə xüsusi platformanı tətbiq etməkdir. Bu elektron idarəetmə sistemi artıq Neftçilər xəstəxanasında bir neçə ildir ki, uğurla istifadə edilir. Biz, sadəcə, bu platformanı “İsim Soft”un müvafiq proqramı əsasında və “Bulud” texnologiyası üzərindən yaradılmasını, proqramın Azərbaycan qanunvericiliyi və dilinə uyğun şəkildə lokallaşdırılmasını nəzərdə tuturuq. Sistemin “Bulud” üzərindən fəaliyyət göstərməsi sərf ediləcək məsrəfləri azaldacaq. Çünki müəssisələrə artıq əlavə serverlər və avadanlıq almağa ehtiyac olmayacaq”, - deyə İ.Ələkbərov qeyd edib.

Sistemdə həkimlər, apteklər, dərmanlar və tibb müəssisələri ilə bağlı bütün məlumatlar yer alacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam