Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Tiflisdə Karateçilərimiz erməni idmançıları döyüb qovdular – VİDEO

 

Gürcüstanın paytaxtı Tiflisdə karate üzrə 6-cı dünya çempionatı keçirilib.

 

"Xeberinfo.com":  Məlumata görə, çempionatda Azərbaycan və Ermənistan idmançıları arasında kütləvi dava olub.

 

Bu barədə sosial şəbəkələrdə video-görüntülər yayılıb.

 

Həvəskar videoçəkilişdən görünür ki, həmyerlilərimiz erməniləri meydandan qovublar.

 

***

 

“Bizim gənc idmançımıza məğlub olan erməni döyüşçü bunu özünə sığışdırmadığı üçün yarış meydanında dava saldı. Elə buna görə də erməni idmançı sərt şəkildə cəzalandırıldı”. Bu sözləri Axar.az-a Gürcüstanın paytaxtı Tiflisdə karate üzrə 6-cı dünya çempionatı zamanı Azərbaycan və Ermənistan idmançıları arasında düşən kütləvi davadan danışan “World Shotokan Karate Union” federasiyasının Azərbaycan nümayəndəliyindən Renat Əliyev bildirib.

 

Sözügedən federasiyanın gənc idmançısı Turqut Həsənovun erməni həmkarını yarışda məğlub etməsi qarşı tərəfin qəzəbinə səbəb olub. R.Əliyevin sözlərinə görə, davanı da erməni idmançılar salıb:   “Ermənilərlə bizim döyüşçülərin davasına səbəb bizim idmançımız Turqut Həsənovun döyüş zamanı erməni idmançısına qalib gəlməsi oldu. Erməni idmançının uduzmasına bu şəkildə etiraz etmək istədilər, dava saldılar. Elə döyüş meydanında təxribat xarakterli addımlar atdılar. Ancaq cavablarını da aldılar. Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən davanı salan idmançılar oradan uzaqlaşdırıldı. Davanı salan idmançılara və rəhbərlərinə də ağır şəkildə xəbərdarlıq olundu. Həmçinin, dava salan idmançının özünü də uzun müddətli diskalifikasiya etdilər. Uduzan tərəf də, cəza alan tərəf də onlar oldu”.

 

R.Əliyevin qeyd edib ki, dava salan oyunçuya görə Ermənistan nümayəndəliyi onlardan üzr də istəyib:   “Sonradan Ermənistanın mübahisə salan idmançının üzv olduğu təşkilatın rəhbəri şəxsən bizdən üzr istədi və öz idmançılarını da yarış yerindən kobud şəkildə qovdu. Biz bütün hallarda təxribata uymamağa çalışdıq. Çünki qarşıda bizi Avropa Oyunları gözləyir”.

 

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə karate üzrə 6-cı dünya çempionatı zamanı Azərbaycan və Ermənistan idmançıları arasında kütləvi dava olub. Həvəskar videoçəkilişdən görünür ki, həmyerlilərimiz erməniləri meydandan qovublar. 

Publika.az

 

Həmin videonu sizə təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam