Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bank müdirini öldürən həbs olundu

 

Aprelin 22-nə keçən gecə "Avropa" otelində qətl törədən şəxs saxlanılıb.

"Xeberinfo.com":  Nəsimi Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, 1987-ci il təvəllüdlü Quliyev Sənan Təvəkkül oğlu bu gecə yaxalanaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, aprelin 22-nə keçən gecə Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədov və Ruslan Əfəndiyev bıçaqlanıb. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Onu da qeyd edək ki, A.Məmmədov “Zaminbank”ın filial müdiri olub. Digər bıçaqlanan R.Əfəndiyev isə idman ustası, qarışıq döyüş idman növü üzrə məşqçidir. Bildirilir ki, A.Məmmədov otelin idman zalında məşq edərkən S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub və hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam