Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

15 mart mitinqi ilə bağlı təxribat?

 

Milli Şuranın 15 mart mitinqinə icazə verilmədiyi barədə məlumat yayılıb.

"Xeberinfo.com":  Məlumata görə, facebook-da və bəzi saytlarda Bakı Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə 15 mart mitinqinə razılıq verilmədiyinə dair məktub yayılıb.

Lakin Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı belə bir məktub aldıqlarını təkzib edib. Qəhrəmanlı azadliq.info-ya bildirib ki, həmin məlumatı görən kimi Zaur Ramazanovla əlaqə saxlayıb. Zaur Ramazanov deyib ki, onun imzası ilə yayılan həmin məktub saxtadır. Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqi ilə bağlı cavabı hələ hazırlamayıb. Cavab hazır olan kimi təşkilatçılara göndəriləcək. BŞİH rəsmisi bu mövzuda təşkilatçıların xəbəri olmadan yayılan istənilən məlumata inanmamağı məsləhət görüb.

img1764214


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam