Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

ÖLKƏDƏ KARANTİN REJİMİ YENİDƏN SƏTRLƏŞDİRİLİR - Həftəsonu küçəyə çıxmaq qadağan edilir və... + Video

 

 Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir. Bu dəfəki mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov iştirak edir. 

Yenixeber.org: Tədbirdə pandemiya ilə bağlı ölkədəki son vəziyyət haqda məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

İ. Məmədov məlumat verib ki, növbədən kənar brifinqdi, çünki yoluxmanın dərəcəsi artıb. Əsas səbəb də vətəndaşların karantin rejimi qaydalarına əməl etməməkləridir. Bir çox yerlərdə, qapalı yerlərdə, ictimai nəqliyyatda qorunma qaydalarına riayyət edilmir.

                                               Bu, yeni situasiya yaradıb...

Məmmədov deyib ki, yoluxma və sağalma arasında fərq getdikcə artmaqdadır. Bu isə yeni situsiya yaradıb: "Əsas fərq vətəndaşların karantin rejiminin tələblərinə əməl etməməsidir. Ticarət mərkəzlərində, metroda insanlar karantin rejiminin qaydalarına əməl etmirlər. Buna görə də yenidən karantin rejiminin yumşaldılması prosesinin dayandırılması, o cümlədən yenidən məhdudlaşdırma qaydalarının qoyulması ilə bağlı məsələ aktuallaşır".

                                                    Sərtləşdirmə olacaq...

Məmmədov deyib ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər hərəkətin tam məhdudllaşdırılması, ictimai, fərdi nəqliyyatın küçəyə çıxmasının qadağan olunması, mağazaların bağlanması, iş rejimlərinin məhdudlaşdırılması nəzərdə tutulur. 

Ancaq bu məsələnin detalları ilə bağlı Baş Nazirin müraciəti, çıxışı olacaq, bu məsələlər detallı elan ediləcək. Bundan sonra Operativ Qərargah məhdudlaşdırmanın təfərrüatı ilə bağlı məlumat verəcək.

                             Tibbi maskaların qiyməti 30 qəpikdi...

I.Məmmədov qeyd edib ki, maskalarla bağlı vahid qiymət var, 30 qəpikdir. Amma idxal olunan maskaların qiyməti fərqlidir. Bu fərqi hökumət idxalçı şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı yoxdur.

"Ola bilər ki, cərimələrin aktuallaşması kimlərdəsə möhtəkirlik etmək arzusu yaradıb. Biz belələrinə xəbərdarlıq edirik ki, bunun cəzası olacaq, buna getmək olmaz”- o, deyib.

Onun sözlərinə görə, bu istehsal sahələrin gündəlik istehsalı 500 min maskadır. Azərbaycanda isə müəyyən günlər 300 min maska istifadə edilib. Bu gün ölkədə 15 milyona qədər maska ehtiyatı var. Ona görə də ajiotaja ehtiyac yoxdur.

R. Bayramlı bildirib ki, bu gün 325 nəfər yoluxub, 5 nəfər ölüb. Bu gen 5626 test aparılıb. İndiyədək 76 nəfər ölüb, 6260 nəfər yoluxub, 3665-i isə sağalıb. Hazırda 2519 nəfər müalicə alır.

                                  Pandemiyanın ikinci mərhələsindəyik...

R. Bayramlı bildirib ki, hazırda pandemiyanın ikinci mərhələsindəyik. Sərt karantin rejimindən yumşalmaya gediş mərhələsidir.

"Biz bu dövrdə xəstənaların imkanlarını yüksək səviyyəyə çatdırdıq. Ölkədə müasir müalicə və diaqnostika imkanları yaradılıb. Lakin təəssüflər olsun ki, pandemiya ikinci mərhələyə doğru keçdikcə biz normal həyata birdən birə dönəcəyimizi düşünməməliyik. Virus heç bir yerə qeyb olmayıb. Yaxın gələcəkdə virusun vaksininin tapılması barədə heç bir ölkədə nəticə yoxdur. Biz Operativ Qərargah olaraq bildirmişik ki, bu rejimdən tədricən çıxmalı və tələblərə riayət etməliyik", - o əlavə edib.

Onun sözlərinə görə, bundan başqa, müxtəlif elektron və məlumatlandırma məlumatları hazırlanıb, ictimai yerlərdə yerləşdirilib. Vətəndaşlarımız dəfələrlə edilmiş çağırışlara baxmayaraq, pandemiyanın birinci mərhələsində nümayiş etdirdikləri həmrəyliyi sanki bir qədər kənara qoyublar: "Bu gün 325 yoluxma faktı ilə qarşı qarşıyayıq. Təssüflər olsun ki, yoluxma sayı artsa da, bəzi insanlar qaydaları pozmağa cəhd edir. Bu, bəzən kütləvi hal olur. Fəvvarələr bağında baş verənlər, metrodakı olay, polisə müqavimət cəhdi qətiyyən qəbuledilməzdir”.

                             Həftəsonu, bayram günü küçəyə çıxmaq qadağan edilir...

TƏBİB sədri məlumat verib ki, həftəsonu küçəyə çıxmanın qadağan olunması barədə müraciətləri qəbul olunub. Artıq yoluxanlarla sağalanlar arasında fərq 200-ü keçir.

Cümə axşamından bazar ertəsinə qədər Bakı, Sumqayıt, Gəncə, Abşeron rayonu və Lənkəran şəhərində küçəyə çıxmağın qadağan olunmasını təklif edillib: “Bu narıncı zonada bu həftə sonu, bəlkə də irəlidəki bir, iki ay ərzində həftə sonları, bayramlarda da tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunmasını təklif etmişik. Bu təklifin detalları müzakirədədir. Biz beynəlxalq təcrübədən, o cümlədən Türkiyə və İsrail təcrübəsindən istifadə etmişik. Təklif Operativ Qərargah tərəfindən qəbul olunub".

Bayramlı onu da bildirib ki, ictimai və şəxsi nəqliyyatdan istifadə həftə sonları tam qadağan olunacaq, yalnız müəyyən sahələrlə çalışanlara bağlı istisnalar nəzərdə tutulur.

                           Vətəndaşlar cümə günü tədarük görsünlər...

TƏBİB sədri deyib ki, həftə sonu məhdud sayda vətəndaşa SMS-lə çıxmağa icazə veriləcək.

Bu həftə cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması barədə müraciət olunub. Vətəndaşlarımız nəzərə almalıdır ki, növbətçi apteklər istisna ilə, ərzaq malları satışı da daxil olmaqla, bütün ticarət mərkəzləri bağlı olacaq. Amma vətəndaşlar təlaşa düşməməlidir, vaxt var. Mağazalara müraciət edirik ki, iş saatlarını uzatsınlar. İnsanlar zəruri ehtiyaclarını ödəsinlər. Bununla belə şənbə və bazar günləri həyati vacib bir sıra sahələrin çalışması nəzərdə tutulur. Təcili tibbi yardım, qəza xidməti həmin günlərdə çalışacaq. İşləməsi zəruri olan sahələrlə bağlı sabah qərar qəbul edilərkən məlumat veriləcək.

Eyni zamanda, dövlət müəssisələrində cümə günləri iş saatının azaldılması da təklif olunub. Cümə axşamı və cümə günləri nəzərə alınmalıdır ki, bütün ticarət mərkəzləri, hətta marketlərin də tam qapanması nəzərdə tutulur. Növbətçi apteklərin olması müzakirə olunur.

                                     İmtahanların vaxtı dəyişdirilə bilər...

Bayramlı məlumat verib ki, imtahanların vaxtı dəyişdirilə bilər. "Narıncı zonada, birinci klastrda keçirilməlidirsə, həmin imtahanların vaxtı dəyişdirilə bilər.Bu barədə yekun qərar veriləcək”, - TƏBİB sədri əlavə edib.

Təkliflərdən biri də...

İctimai nəqliyyatda sıxlığın qarşısını almaq üçün müxtəlif işdənçıxma saatlarının tətbiqi təklif edilib. Bunu da Bayramlı bildirib. O deyib ki, saat 8-8.30 və 9 olmaqla, işdən çıxmaq saatları tətbiq olunsa, ictimai nəqliyyatda sıxlıqda bağlı problemlər olmaya bilər.

R. Bayramlı bildirib ki, həftəsonu məhdudiyyətləri bütün sahələrdə olduğu kimi mətbuat sahəsinə də şamil ediləcək. Televiziya işçilərinin sayında da məhdudlaşma ola bilər.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam