Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

DTX əməliyyatında həbs edilən mədəniyyət nazirinin müavini:“Məbləğin 10 faizi nazirliyə dəstək üçün verilirdi”

 

 Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib.

Yenixeber.org: Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb. Qurum ötən həftə Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.

DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov "cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini" deyir.

Mədəniyyət Nazirliyinin sözçüsü İntiqam Hümbətov redaksiyamıza məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Şənbə günü prezident İlham Əliyev Rafiq Bayramovun və Zakir Sultanovun vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

Bu sərəncam Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində "əməliyyat-istintaq tədbirləri"ndən bir gün sonra elan olunub.

DTX bildirir ki, Rafiq Bayramovun və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara baxış keçirilib və bu zaman Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilib.

DTX iddia edir ki, tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə şübhə var.

Qurum bildirir ki, Zakir Sultanov vəzifə səlahiyyətlərindən istifadə edərək "mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində razılıq verib".

Rafiq Bayramov isə nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir.

Məlumata görə, nazir müavini ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib.

DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov "cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini" deyir. Onun sözlərinə görə, rayonlarda müəyyən cari təmir işləri üçün 1 milyon 500 min pul ayrılır və il ərzində 40-45 müəssisə təmir olunurdu. "Bu məbləğin 10 faizini idarə rəisləri nazirliyə dəstək kimi verirdilər. Məbləğ təxminən 150 min edir,"- Rafiq Bayramov DTX-nın əməliyyat işçilərinə deyib.

Mədəniyyət Nazirliyinin sözçüsü İntiqam Hümbətov bu məsələlərlə bağlı şərh verməkdən imtina edib.

"Məsələ ilə bağlı müvafiq dövlət qurumu açıqlama verib. İstintaq gedir. Mən əlavə heç nə deyə bilmərəm,"- İntiqam Hümbətov deyib.

2020-ci ildə bir neçə rayon icra başçısı öz vəzifəsindən azad edilib və onların bəziləri həbs olunub.

Bir neçə gün öncə İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı ittihamlari ilə həbs edilib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam