Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi - VİDEO

 

Azərbaycan təhlükəsizlik orqanlarının 100 ili - VİDEO
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb. 
 Yenixeber.org: 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. 

Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti 1919-cu il iyun ayının 11-də Dövlət Müdafiə Komitəsi yanında xüsusi xidmət orqanı olan - Əks-inqilabla Mübarizə Təşkilatının yaradılması barədə qərar qəbul etdi. Lakin 1920-ci ilin aprel hadisələrində Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlət qurumları ilə bərabər Əks-İnqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırdı. 

Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki, 1920-1950-ci illərin təhlükəsizlik orqanlarının fəaliyyəti bizim xüsusi xidmət orqanları tarixi üçün qara ləkədir. Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə qurumun yad ünsürlərdən təmizlənməsinə, milliləşmə siyasətinin aparılmasına, milli kadrların irəli çəkilməsinə geniş yer verildi. 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə azərbaycanlının, məhz Heydər Əliyevin təyin olunması bu orqanın tarixində yeni bir səhifənin başlanğıcı oldu.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən, suverenliyi, dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanındıqdan sonra ölkəmizə qarşı daxili və xarici təhdidlərin daha da güclənməsi milli təhlükəsizlik sisteminin yenidən qurulması zərurətini yaratdı və Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. 

Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" 23 mart 1997-ci il tarixli sərəncamına əsasən, 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib. 

 Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarxı təqdim edirik: 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam