40 minə yaxın şagird imtahan verəcək-Bu gün
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ölkənin 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.
Yenixeber.org: İmtahan saat 11:00-da başlayır. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək.
Bundan əlavə, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda 39700 (Gəncədə 3133, Daşkəsəndə 278, Göygöldə 858, Samuxda 718, Sumqayıtda 4542, Abşeronda 4161, Şamaxıda 990, Naftalanda 103, Goranboyda 1354, Yevlaxda 1350, Şəkidə 2013, Qəbələdə 1273, Oğuzda 500, Bərdədə 2234, Ağdamda 982, Tərtərdə 832, Kürdəmirdə 1227, Zərdabda 581, Ağsuda 735, İmişlidə 1178, Sabirabadda 1805, Biləsuvarda 1390, Saatlıda 1007, Lənkəranda 2392, Astarada 1222, Xaçmazda 2157, Şabranda 685 ) şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 283 imtahan rəhbəri, 3367 nəzarətçi‑müəllim, 264 buraxılışı təşkil edən əməkdaş, 91 bina nümayəndəsi ayrılıb.