Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

TÜRKİYƏ QARA DƏNİZ SAHİLİNDƏ HƏRBİ BAZA TİKMƏYƏ BAŞLADI –Ankara Mersindəki bazanı da genişləndirməyi və Şimali Kiprdə güclənməyi hədəfləyib

Artyom Filipenok

“rbc.ru”, Rusiya, 11 dekabr 2018-ci il

 

Türkiyə Qara dəniz sahilində hərbi-dəniz bazası tikməyə başlayıb.

 Yenixeber.org: Bu məlumatı Rusiyanın RBK telekanalı Türkiyənin “Milliyyet” qəzetinə istinadla yayıb.

Telekanal bildirir ki, bu barədə qərar hələ Kerç boğazında Ukrayna gəmilərilə Rusiya sərhədçiləri arasında məlum hadisə baş verməmişdən öncə alınıbmış.

Türkiyənin “Milliyet” qəzeti məlumat verir ki, türk hərbçiləri Qara dəniz sahilində hərbi-dəniz qüvvələri bazasının tikintisinə başlayıblar. Hərbi obyekt Sürmene yaşayış məntəqəsinin yerləşdiyi rayonda, Gürcüstanla sərhəddən təqribən 150 km aralıda olacaq.

Türk nəşri göstərir ki, bu layihə Ukrayna ilə Rusiya arasında Kerç boğazında baş verən münaqişədən və “Türk axını” boru kəmərinin açılışından sonra xüsusilə aktual olub. Lakin burada baza yaratmaq planı hələ soyuq müharibə dövründən mövcud olub, Trabzondan şərqdə olacaq obyektin layihəsinin işlənib hazırlanması isə hələ ötən ilin iyulunda başlayıb.

Türkiyə hakimiyyəti hesab edir ki, gəmiləri Qara dənizin şərq hissəsində patrul xidmətilə məşğul olacaq bu hərbi baza ölkənin bütün şimal-şərq hissəsinin inkişafına müsbət impuls verəcək. Türkiyənin NTV televiziya kanalı qeyd edir ki, hərbi dəniz bazasının məhz həmin rayonda tikilməsi üçün əlavə əsas olaraq, orada gəmiqayırma müəssisələrinin yerləşməsi göstərilir.

Ehtiyatda olan admiral Cem Gürdenizin qeyd etdiyinə görə, Türkiyə üçün Qara dənizdə etibarlı hərbi dəniz bazasının yaradılması ideyası çoxdan yetişmişdi, lakin indiyədək layihənin həyata keçirilməsinə ehtiyatların çatışmazlığı imkan verməyib. Çünki Ankara əsas diqqəti öz mövqelərini Egey dənizi rayonunda, həmçinin Aralıq dənizi sahillərində gücləndirməyə verirdi. Onun sözlərinə görə, indi Türkiyə üçün Mersindəki bazasını genişləndirmək, həmçinin Şimali Kiprdə mövqelərini gücləndirmək də vacibdir.

Noyabr ayının sonunda, Kerç boğazı rayonunda Ukrayna katerlərinin Rusiya tərəfindən saxlanmasından sonra CNNteleviziyası ABŞ-ın öz gəmilərini Qara dənizə göndərmə planları haqqında məlumat verib. Eyni zamanda Pentaqon bəyan edib ki, Moskvanın hərəkətlərinə hərbi cavab vermə imkanlarına baxılmır.

1936-cı ildə imzalanmış Montrö konvensiyasına əsasən, Qara dənizə sahili olmayan ölkələrin hərbi gəmiləri Qara dəniz akvatoriyasında 21 gündən artıq ola bilməzlər.(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam