Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Lotu Quli”nin saxlanılmasının səbəbi məlum oldu –“Qanlı mafiya hesablaşması”

032b1ddfbc1f87777d5ecd42641d2768d1508861348

Oktyabrın 8-də İstanbulda saxlanılmış kriminal avtoritet Nadir Səlifov indiyədək deportasiya olunmayıb və azad edilməyib.

Yenixeber.org: Türkiyə polisindəki mənbələrin məlumatına görə, dünən Lotu Quli ləqəbli Səlifovu İstanbuldan Tekirdağ regional miqrasiya mərkəzinə göndəriblər.

Mənbənin məlumatına görə, bu, bir neçə il əvvəl Ədirnədə, Bolqarıstan sərhədi yaxınlığında törədilmiş bir cinayətin araşdırması ilə bağlıdır. Mövcud məlumatlara görə, polis Səlifovu “qanlı mafiya hesablaşmasında” iştirakı ilə bağlı dindirmək niyyətindədir.

Qeyd edək ki, Səlifova qarşı hələ də hər hansı rəsmi ittiham irəli sürülməyib.

Bir müddət əvvəl Rusiya hakimiyyəti Rusiya sahibkarlarından pul tələb etməkdə ittiham olunan Səlifovun təhvil verilməsi xahişi ilə müraciət edib.

Etnik azərbaycanlı olan Gürcüstan sakini Nadir Səlifov MDB məkanında ən nüfuzlu kriminal avtoritetlərdən biri hesab olunur. O, Azərbaycanda ağır cinayətlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilmişdi. Bir il əvvəl o, gözlənilmədən vaxtından əvvəl şərti azadlığa buraxılıb və dərhal Türkiyəyə gedib.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam