Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı davam edir

 

 

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin "Davamlı inkişaf naminə beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi" mövzusunda konfransı bu gün də davam edir

 

Yenixeber.org: Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri, habelə tədbirin müşahidəçiləri və qonaqları görüşün gündəliyindəki məsələlər üzrə çıxış edirlər.

Qazaxıstanın xarici işlər nazirinin müavini Yerjan Aşikbayev çıxışı zamanı ölkəsinin Fələstin problemində iki dövlət prinsipi əsasında kompromis əldə olunması məsələsi də daxil olmaqla, qlobal və regional təhlükəsizlik və sabitlik prinsiplərinə sadiq olduğunu deyib. 

Nazir müavini nüvə silahının yayılmaması və silahsızlaşdırma üzrə fəaliyyətin aktivləşdirilməsinin zəruriliyini vurğulayıb. O, Yaxın Şərq, Avropa və Afrikada nüvə silahı olmadan azad zonalar yaradılmasını təklif edib.

Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Abdurrahman bin İbrahim əl-Rissinin sözlərinə görə, ölkəsi həmçinin regionda davamlı inkişaf və sabitlik ideyasını, o cümlədən regiondakı münaqişə zonalarında sülhün əldə olunmasını dəstəkləyir. 

"Səudiyyə Ərəbistanı humanitar məqsədlərlə Bin Salman mərkəzini yaradıb. Onun kapitalı 1 milyard 200 milyon dollardır. Bu məbləğ Qoşulmama Hərəkatının 27 ölkəsinə yardım edilməsi üçün nəzərədə tutulub", - o bildirib.

Qeyd edək ki, XİN başçılarının iclasının ardından Bakı Bəyannaməsi qəbul ediləcək.

Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Bakıda 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısı keçiriləcək. Azərbaycan 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam