Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu günAzərbaycanda avtomobil yolları işçilərinin peşə bayramı günüdür

Bu gün

 

 

22 fevral - Avtomobil yolları işçilərinin Peşə Bayramı Günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə qeyd edilir

 

Yenixeber.org: Artıq 10-cu ildir ki, peşə bayramlarını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafa töhfə verməklə Azərbaycanda yol infrastrukturunun formalaşmasında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun yenidən qurulmasıdır.
28 dekabr 2015-ci il tarixində prezident İlham Əliyevin imzaladığı sərəcamla ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması, habelə ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı.
Ölkə başçısının elə həmin gün imzaladığı digər bir sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edildi.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmir edilməsi işlərinin aparılmasını təmin edir.

Cəmiyyətin balansında ümumi istifadədə olan 17529 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13158 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollardan 2670 km-i hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balansında 1299 ədəd körpü var. 160 körpü işqal olunmuş ərazilərdə yerləşir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam