Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

MİRŞAHİN YENİ TELEKANAL AÇIR –Komandasında kimlər var? (Yeniləndi)

Ləman Ələşrəfqızı, Azadə Balayeva, Afət Telmanqızı…

mirshahinİki il əvvəl bağlanan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır. Məlumata görə, Mirşahin komandasını tam formalaşdırıb.

Yenixeber.org: Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var.

Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.

Bütün televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.

Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.

Mili Televiziya və Radio Şurasının (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev Modern.az-a deyib ki, bu barədə onlarda hər hansı məlumat yoxdur:

“Televiziya açılması üçün MTRŞ-ya müraciət edilməlidir. Əgər regional kanallardan, yaxud ölkə yayımçılarından söhbət gedirsə, müvafiq boş tezliklər olmalıdır. Həmçinin, müvafiq qaydada müsabiqə elan olunmalıdır. Müsabiqəyə sənədlər qəbul olunaraq, nəticələri elan olunmalıdır. Nəticədə isə lisenziya verilməlidir. İnternet televiziyasıdırsa, bu, bizlik məsələ deyil”.

MTRŞ-nın bu açıqlaması yeni telekanalın internet üzərindən yayımlanacağını deməyə əsas verir. Əgər məlumat doğrudursa…(qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam