Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabahdan müsabiqə başlayır - İş axtaranların NƏZƏRİNƏ!

İş axtaranların NƏZƏRİNƏ!

 

Vergilər Nazirliyinin dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün elan etdiyi müsabiqə sabahdan başlayır

 

Yenixeber.org: Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, müsabiqəyə sənədlər elektron ərizə vasitəsilə 05-20 dekabr tarixləri arasında qəbul edilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizəyə sağlamlıq haqqında tibbi arayışın və ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada elektron fayl şəklində əlavə olunmalıdır.

Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Sənədlər qəbul edildikdən sonrakı beş gün ərzində namizədin elektron poçt ünvanına ərizə qəbul edilərsə onun iş nömrəsi, sınaq imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə bunun səbəbi barədə məlumat verilir.

Sənədləri qəbul edilmiş namizədlər 24-26 yanvar 2017-ci il tarixlərində səhər saat 10.00-dan 18.00-dək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 28.01.2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilib. Müsabiqədə müvəffəqiyyət qazanan, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam