Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünyanın ən bahalı futbolçuları –SİYAHI

 

neymar

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın ən bahalı futbolçularının adlarını açıqlayıb.

Yenixeber.org:  Siyahıya “böyük beşlik” ölkələrində (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) çıxış edən 110 futbolçu daxil edilib.

Maraqlıdı ki, siyahıya nə Lionel Messi, nə də Kriştianu Ronaldo başçılıq edir. İlk pillədə “Barselona”nın braziliyalı hücumçusu Neymar qərarlaşıb. “Sambaçı”nın transfer qiyməti 210,7 milyon avro məbləğində dəyərləndirilib. Onu “Tottenhem”in iki üzvü – Dele Alli və Harri Keyn izləyirlər.

Messi 4-cü, Ronaldo isə 11-ci yerdə qərarlaşmaqla kifayətlənib.

1. Neymar – 210,7 milyon avro (25 yaş. “Barselona” – müqavilə müddəti 2021-ci ilə qədər)
2. Dele Alli – 155,1 milyon (22 yaş. “Tottenhem” – 2022)
3. Harri Keyn – 153,6 milyon (23 yaş. “Tottenhem” – 2022)
4. Lionel Messi – 151,7 milyon (30 yaş. “Barselona” – 2018)
5. Antuan Qrizmann – 150,3 milyon (25 yaş. “Atletiko” – 2021)
6. Luis Suares – 140,8 milyon (30 yaş. “Barselona” – 2021)
7. Pol Poqba – 134,3 milyon (24 yaş. “Mançester Yunayted” – 2021)
8. Qonsalo İquain – 120,2 milyon (29 yaş. “Yuventus” – 2021)
9. Eden Azar – 117,2 milyon (26 yaş. “Çelsi” – 2020)
10. Paulo Dibala – 115,3 milyon (23 yaş. “Yuventus” – 2022)
11. Kriştianu Ronaldo – 112,4 milyon (32 yaş. “Real” – 2021)
12. Kevin de Bruyne – 110,5 milyon (25 yaş. “Mançester Siti” – 2021)
13. Romalu Lukaku – 105,4 milyon (24 yaş. “Everton” – 2019)
14. Robert Levandovski – 100,6 milyon (28 yaş. “Bavariya” – 2021)
15. Rahim Sterlinq – 98,8 milyon (22 yaş. “Mançester Siti” – 2020)

Qeyd edək ki, dəyərləndirmə aparılarkən bir çox amillər – futbolçunun müqavilə müddəti, klubunun çıxışı, fərdi oyunu, yaşı, meydandakı mövqeyi və milli komandadakı çıxışı nəzərə alınır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam