Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Natiq Əliyevlə vida mərasimi keçirilir -FOTOLAR

 

Ötən gün İstanbulda dünyasını dəyişən energetika naziri Natiq Əliyevlə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.

Yenixeber.org:   Musavat.com-un məlumatına görə, rəsmi vida mərasimi saat 12.00-dan 14.00-a kimi davam edəcək.

Mərasimdə dövlət və hökumət nümayəndələri iştirak edir.

Natiq Əliyevlə vida mərasimində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə mərhum nazirlə bağlı xatirələrini danışıb.

X. Yusifzadə çıxışında nazirlə tanış olduqları ilk zamanları xatırlayıb: “Natiq tələbə olanda mənim yanıma gəlib dedi ki, bizdə işləmək istəyir. Sonra Geologiya institutunda müdafiə etdi, Qaz-Sənaye İnstitutunda bizimlə işlədi. Onu şöbə rəisi təyin etdim.

1993- cü ildə Heydər Əliyev hakimiyyətə gələndə neft sahəsində vəziyyət yaxşı deyildi. Bu zaman Heydər Əliyev lazım bildi ki, Natiq Əliyev bizim şirkətin prezidenti olsun. Onun dövründə böyük işlər görüldü. Gərgin işlər görüldü, hətta Natiq müəllim onda xəstəxanaya düşdü. Onun rəhbərlik etdiyi dövrdə 33 müqaviləyə imza atıldı.

Natiq Əliyev ömrünün sonuna kimi işdə oldu. Çox sadə adam idi. Operator vəzifəsindən nazir vəzifəsinə kimi yüksəldi, vəzifəsi çox dəyişdi, amma özü, sadəliyi dəyişmədi. Biz böyük bir insan itirmişik”.

Qeyd edək ki, energetika naziri Natiq Əliyev iyunun 8-də İstanbulda müalicə aldığı "Florence Nightingale” xəstəxanasında anidən beyin insultu keçirib və dünyasını dəyişib.

Ürəyində problem yaranan nazir ötən həftə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı.

Natiq Əliyev II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam