Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Təhsil haqqında” Qanunda şok dəyişiklik -Universitetlərə imtahansız qəbul aparılacaq

1VV

Azərbaycanda “Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir. Modern.az xəbər verir ki, dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.
Yenixeber.org:  Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.
A.Mollazadə kursların ödənişli nəzərdə tutulduğunu deyib.

asim_mollazdaertyui67bbrusselDeputat dəyişikliyin əleyinə olduğunu vurğulayıb:  “Bu dəyişiklik imtahandan uğursuz nəticə əldə edən insanlar üçün universitetlərə qəbul olmaq imkanı yaradır. Mənə elə gəlir ki, bu dəyişiklik ali məktəblərin təhsil səviyyəsini aşağıya endirir. Ona görə də bu dəyişikliyin əleyhinəyəm”.

Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.

“AzPolitika.info”nun məlumatına görə, “Təhsil haqqında” Qanunda belə dəyişikliyin edilməsi bir müddətdir ki, müzakirə olunur. Buna  səbəbi kimi, Azərbaycandan imtahansız qəbul həyata keçirən Türkiyə və Ukrayna universitetlərinə kütləvi axının olması göstərilir.Hökumət təhsil üçün ölkədən külli miqdarda valyutanın xaricə çıxarılmasından narahat olduğundan, universitetlərə imtahansız qəbul aparmaq üçün “yaşıl işıq” yandırmaq niyyətindədir. 

Qeyd edək ki, universitetlərin nəzdində yaradılacaq müvafiq hazırlıq kursları pullu olacaq. Ona görə də, bu hazırlıq kurslarından əsasən imkanlı ailələrin övladları yararlana biləcək.

Belə bir dəyişikliyin həyata keçirilməsi universitetlərin maliyyə imkanlarının yaxşılaşmasına müsbət təsir etsə də, bu prosesin ölkədə ali təhsilə ağır zərbə vuracağından ehtiyatlananları haqsız saymaq mümkün deyil.  Xüsusən imkanlı ailələrin övladlarını hazırlıqda “oxudaraq” universitetlərə yerləşdirib, sonra da diplom alacaqlarını istisna etmək olmaz. Ona görə də, belə bir dəyişiklik həyata keçirilərsə, şəffaflığın necə təmin olunacağı da ictimaiyyətə açıqlanmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam