Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Çunayev və Məmmədov “bürünc” qazandı -"İslamiada-2017"

 

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib. İlk olaraq yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulub.

Yenixeber.org:  İlk gündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanlarımız qızıl medal uğrunda yarışırlar. Həm Murad Məmmədov, həm Rəsul Çunayev, həm Rafiq Hüseynov, həm də Orxan Nuriyev İslamiadaya 1/4 final mərhələsindən start veriblər.

59 kq

Bu çəkidəki təmsilçimiz Murad Məmmədovun ilk rəqibi Mohammad Nurbaxş (İran) olub. Onu 10:4 hesabı ilə üstələyən idmançımız yarımfinalda qırğızıstanlı Kanıbek Yolçubekova yenilib – 3:5. Məmmədov bürünc medal uğrunda görüşdə İordaniyadan olan Rayek Mustafa Alqade ilə üz-üzə gəlib. Vaxtından əvvəl qələbə qazanan güləşçimiz bürünc medal qazanıb.  

71 kq

Olimpiadanın bürünc mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev 1/4 finaldakı rəqibi Akrem Bucemlin (Əlcəzair) önündə çətinlik çəkməyib. Vaxtından əvvəl xalçanı qalib tərk edən (8:0) Çunayev yarımfinalda Məhəmmədəli Gerai (İran) ilə qarşılaşıb.

Pəhləvanımız 5:0 hesabı ilə önə keçməsinə baxmayaraq, bu üstünlüyü qoruya bilməyib. Nəticədə gözlənilmədən məğlubiyyətlə üzləşən 26 yaşlı güləşçi “bürünc” üçün yarışıb. Onun yarışdakı son rəqibi türkiyəli İlkər Sönməz olub. Bu görüşdə qələbə qazanan Çunayev aktivinə bürünc medal yazdırıb. 

80 kq

Bu çəkidəki idmançımız Rafiq Hüseynov ardıcıl qələbələrlə zala toplaşanları sevindirib. 1/4 finalda qırğızıstanlı Atabek Azisbekova (5:1), yarımfinalda isə əlcəzairli Baçir Sid Azaraya (10:1) qalib gələn Avropa çempionumuz həlledici görüşdə Yusef Qaderiana (İran) da eyni aqibəti yaşatmağa çalışacaq.

 98 kq

Azərbaycanı bu çəkidə Orxan Nuriyev təmsil edib. 1/4 final mərhələsində Tayab Raza ilə görüşən gənc güləşçimiz pakistanlıya göz açmaq imkanı verməyib – 9:0. 22 yaşlı idmançının final yolundakı son rəqibi Rustam Assakalov (Özbəkistan) olub. Bu dəfə 5:0 hesablı qələbəyə sevinən Nuriyev həlledici görüşdə qırğızıstanlı Uzur Cuzupbekovdan güclü olduğunu sübut etməli olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam