Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sulu qəlyana qadağa qoyulacaq –VİDEO

 

Azərbaycanda çayxana, kafe və restoranlarda gün keçdikcə daha da "populyarlaşan" sulu qəlyanın insan orqanizminə mənfi təsiri ilə bağlı fikir səsləndirənlərin sayı çoxalıb.

Yenixeber.org:   Xüsusilə gənclərin, hətta zərif cinsin nümayəndələrinin də kifayət qədər istifadə etdiyi bu vasitədən insan orqaniziminə müxtəlif youlxucu xəstəliklərin keçdiyi bildirilir.

ARB TV-nin "Günə doğru" verilişində sulu qəlyana qadağa qoyulması haqda maraqlı sujet yayımlanıb.

Sulu qəlyan həmçinin insanda siqaretə eləcə də narkotik vasitələrə asılılıq yaratdığı da iddia olunur. Bəs qəlyandan yoluxucu xəstəliklərin keçməsi halları necə baş verir? Sulu qəlyan düzəltməklə məşqul olan Ramin Niftəliyev bildirir ki, bu birbaşa səhlənkarlıqdan irəli gəlir: "Xəstəlik ən çox mədəyə düşür. Turbanın rolu böyükdür burada. Tütün qırıntısı turbanın içinə düşüb qala bilər və mədəyə gedər. Bu da fəsadlara yol açar. Tez-tez turbalar dəyişməlidir.

Bəzi məkanlarda müştərilərə birdəfəlik müştük verilsə də digər gigyenik məqamlara diqqət yetirilmir və müxtəlif xətəliklərə yoluxma riski artır.

Sulu qəlyandan xəstəliklərə yoluxma halları ən çox borular vasitəsi ilə rellaşır. Bəzi sahibkarla qəlyanın suyun və müştükləri yeniləsədə daha çox gəlir əldə etmək üçün boruları yeniləmir. Nəzərinizə çatdırım ki, birdəfəlik borunun qiyməti 1man 50 qəp –dir.

Mütəxəssilər bildirir ki, qəlyan müştərilərə sadalanan şərtlərə əməl edilməklə təqdim edilsə, infeksiyaya yoluxma hallarının qarşısını almaq olar.

Əlniyaz Ramazanov (həkim): "Müştük hər adam üçün ayrı olmalıdır. Bəziləri əlavə xərc etməmək üçün səhlənkarlıq edərək müştüyü spirtlə təmizləyir. Və başqa bir müştəriyə verirlər. Belə olmaz, ziyandır.

İstifadəçilər qəlyanın insan səhhətinə zərəri ilə bağlı müxtəlif fikirdədir. 3 ildir sulu qəlyandan istifadə edən Aqli Həsənov bildirir ki, o bu günə qədər xoşagəlməz hallarla qarşılaşmayıb. Çünki xidmət zamanı bəzi məqamlara diqqətlə yanaşır.

Mütəxəssilər bildirir ki, sulu qəlyanın insana səhhətinə birmənalıı olaraq mənfi təsir edir. Bu vasitənin “Ağ ciyərlərin təmizlənməsinə koməyi var“ kimi fikirlər yanlışdır. Sadalanan məqamlara diqqət etməklə yalnız yoluxucu xəstəliklərin qarşısını almamq mümkündür. Sudan keçərək insan bədəninə daxil olan buxar qarışıq tustünün yuxarı tənəffüs orqanlarına mənfi təsiri qaçılmazdır.

Əlniyaz Ramazanov (həkim): "Tüstü suyun içərisindən keçərək orqanizmə daxil olur. Tütündən əmələ gəlmiş qətranlar suda həll olmur. İri hissəciklər suda qalır. Adi qəlyanla sulu qəlyan ziyanlıdır. Fərqləri yoxdur".

Sadalanan səbəblərdən milli məclisdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam