Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"100-dən çox əsgər öldürülüb" -Əfqanıstan Müdafiə Nazirliyi

Əfqanıstanın Müdafiə Nazirliyi “Taliban” yaraqlılarının ölkənin şimalındakı Bəlx əyalətində yerləşən hərbi bazaya hücumu nəticəsində 100-dən çox əsgərin həlak olduğunu təsdiqləyib.

 Yenixeber.org:  Xarici KİV-lərə istinadla xəbərə görə,  yaraqlılar əfqan ordusu geyimində hərbi bazanın ərazisinə daxil olaraq əsgərləri atəşə tutublar. Nazirlik 100-dən çox hərbçinin öldürüldüyünü etiraf etsə də, onların dəqiq sayını bildirmir.

Bununla yanaşı, KİV-lər bəzi rəsmi mənbələrə istinad edərək öldürülən hərbçilərin sayının 130-150-dən çox olduğunu yazırlar.

 

Son vaxtlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Belə ki, ölkənin şimalındakı Qunduz şəhərini və hökumət qüvvələrin forpostu sayılan Sanqin şəhərini ələ keçirən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administirativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşmasının da təsir dairəsi artmaqdadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam