Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saxta ekskursiya bələdçiləri peyda olub -VİDEO

 

 Onlar daha çox turistik yerlərdə turistlərlə birbaşa əlaqəyə girir və onlarla sövdələşmə aparırlar. 

Yenixeber.org:  “Xəzər xəbər”ə istinadən xəbərə görə, bunu Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimov bildirib.

Onun sözlərinə görə, sertifikatı olan bələdçilər 1 saat üçün 15-20 manat əmək haqqı istəyirlərsə, sertifikatsız bələdçilər 5-7 manatla turistləri özlərinə cəlb edirlər. Ümumiyyətlə isə, bu tip bələdçilərin fəaliyyəti ciddi problemlərə səbəb ola bilər.

Müzəffər Ağakərimov bildirib ki, bələdçilər Bakı Ekskursiya Bürosu və Azərbaycan Turizm və Menecment İnstitutu tərəfindən təşkil olunan kurslarda hazırlanır. Onlar xüsusi imtahanlara cəlb olunurlar və daha sonra bələdçi kimi fəaliyyət göstərmələri üçün icazə verilir.

Bələdçinin yetəri qədər savadı və məlumatı olmalıdır ki, gələn turistə ölkəmiz haqqında düzgün və dolğun məlumat çatdırsın. Yoxsa özbaşına fəaliyyət göstərmək ölkə prestijinə zərər verə bilər.

Müzəffər Ağakərimovun sözlərinə görə, belə bələdçilərlə mübarizə aparmaq üçün bəzi detallara fikir vermək lazımdır.

Hazırda ölkəmizdə sertifikatı olan 150-dən çox turizm rəhbəri, yəni bələdçi fəaliyyət göstərir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam