Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Məzhəblər arasında qarşıdurma yaradırlar" -Mübariz Qurbanlı

Bu gün insanlıq qarşısında duran ən böyük məsələ dünyanı qorumaqdır. Hazırda dünya çox təhlükəli bir mərhələ yaşayır, dünyada çoxsaylı münaqişələr var, elə bizim regionda bir neçə münaqişə var, o cümlədən, Azərbaycan erməni təcavüzünə məruz qalıb.

Yenixeber.org:  Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

M.Qurbanlı bildirib ki, 67 ölkənin ərazisində silahlı toqquşmalar baş verir:

"Bunun nəticəsində 65 milyon insan öz yurdundan didərgin düşüb. Dünyaya olan müharibə ocaqlarının böyük hissəsi də müsəlman ölkələrinin payına düşür. İslam dünyasının inkişafını ləngitmək üçün kənardan məzhəblər arasında qarşıdurma yaradırlar. Ona görə də islam həmrəyliyi bu gün çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi ili elan etməsi İslam dünyasına böyük çağırış olmaqla, bizim gələcək inkişafımıza böyük dəstək verəcək".

Komitə sədri qeyd edib ki, dünyada islamı terrora bağlamağa cəhd edirlər:

"Bu gün terroru islama bağlamaq cəhdi edilir və sonradan məlum olur ki, bunu törədən müsəlman deyil. Ona görə də islam dünyası nə qədər bir olarsa, bu gərginliyə, təzyiqlərə kollektiv cavab vermək olar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam