Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"ANS-in varidatı uğrunda əməlli-başlı mübarizə gedir" -BƏYANAT

ANS-LOQO

ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond arxivlərinin təhlükədə olması ilə bağlı bəyanat yayıb.

Yenixeber.org:  Bəyanatda bildirilir ki, son zamanlar ANS-ə məxsus maddi və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunur: «2016-cı ilin iyul ayından sonra isə vəziyyət daha dözülməz şəkil alıb. ANS-in yayımı dayandırıldıqdan sonra bu quruma təzyiqlər intensivləşib. Bu təzyiqlər təkcə inzibati xarakter daşımır. Artıq sanki ANS-in varidatı uğrunda əməlli-başlı mübarizə gedir».

Açıqlamada qeyd edilir ki, şirkətin yerləşdiyi ünvanın qapısını hüquq-mühafizə orqanları möhürləyiblər. Möhürün nə vaxt götürüləcəyi bəlli deyil: «Qapı arxasında isə təkcə ANS-in külli miqdarda vəsait hesabına başa gəlmiş avadanlıqları deyil, həm də 25 illik fəaliyyətinin əsas nəticəsi – Azərbaycanın ən yeni tarixinin qorunub saxlandığı arxiv başlı-başına qalıb».

45586Sənəd müəllifləri vurğulayırlar ki, xüsusi saxlanma rejiminə ehtiyacı olan arxiv 9 aya yaxındır ki, tam baxımsız vəziyyətdə qalıb: «Bu qiymətsiz xəzinə məhvə sürüklənir».

Bəyanatda həmçinin qeyd edilir ki, hətta xadimələri belə, qapalı zonaya çevrilmiş mərtəbəyə buraxmırlar: «Göz bəbəyi kimi qoruduğumuz tarixi fakt və sübutlar gözümüzün qabağındaca sıradan çıxır və nə yazıq ki, biz buna qarşı heç nə edə bilmirik».

Bəyanatın sonunda da televiziya kanallarının ANS-ə məxsus materiallardan icazəsiz istifadə etdiklərini bildirilir. Bununla Azərbaycanın və beynəlxalq qanunların bütün gücündən istifadə edərək mübarizə aparılacağı vurğulanır (azadliq.org).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam