Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

8 milyarddan 5 milyard manatlara düşdü -Ev təsərrüfatlarına verilmiş kreditlərin məbləği

31 Dekabr 2016-cı il tarixinə bankların ev təsərrüfatlarına verdiyi kreditlər (istehlak kreditləri) 5 milyard 858,7 milyon manat təşkil edib.

Xeberinfo.com:   “Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, 2015-ci ilin sonu ilə müqayisədə 2 milyard 525 milyon manat və ya 30,1% azdır. 2015-ci ilin sonunda ev təsərrüfatlarına verilmiş kreditlərin məbləği 8 milyard 383,6 milyon manat idi. Qeyd edək ki, 2015-ci ilin 5 ayında istehlak kreditlərinin məbləği 8 milyard manatdan çox olub.

Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 40%-dən 35,6%-ə düşüb.

Qeyd edək ki, ipoteka kreditləri daxil daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər də ev təsərüfatlarına verilən kreditlərə daxil edilir. Əslində istehlak kreditlərində daha kəskin azalmanı ipoteka kreditlərinin artımı bir qədər kompensasiya edib. Belə ki, 5 milyard 858,7 milyon manat istehlak kreditlərinin 1 milyard 703,5 milyon manatını  daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib. Ötən il daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər 161,1 milyon manat artıb.

İstehlak kreditləri  – avtomobil, mebel, məişət avadanlığı, şəxsi mənzil, arzuladığınız istənilən bir predmet və ya xidmət almaq üçün, səyahət, təmir, müalicə və s. məqsədi ilə verilir.

Qeyd edək ki, 31 Dekabr 2016-cı il tarixinə cəmi kredit qoyuluşları 16 milyard 444,6 milyon manat təşkil edib. Kredit qoyuluşlarının 1 milyard 472,6 milyon manatının və ya 9%-nin ödəmə vaxtı keçib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam