Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Şimali Koreya Rusiyaya əlavə qoşun göndərir

Şimali Koreya Rusiyaya əlavə qoşun göndərəcək

Rusiyanın Kursk bölgəsində 11 min əsgərini itirəŞimali Koreya, Rusiyanın ön cəbhəsinə yenidən əsgər göndərib. Yeni döyüş texnikalarında səriştəsiz olan Şimali Koreya əsgərlərinin modernləşdirilməsi lazım olduğunu bildirən Şimali Koreya lideri Kim Çen Inın müharibə boyu əsgər və silah göndərilməsinə davam edəcəyi gözlənilir.

Yenieber.org: Türkiyə KİV -ləri xəbər verir ki, Cənubi Koreya mediası Şimali Koreyanın Rusiyanın Kursk bölgəsinə döyüşmək üçün əlavə qoşun göndərdiyini bildirib.

Məlumata görə, qoşunlar Rusiya qüvvələrinin Ukrayna hərbçiləri ilə toqquşduğu Kursk vilayətinə yerləşdirilib. Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Bundan əvvəl NIS Şimali Koreyanın Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyaya 11 mindən çox əsgər göndərdiyini açıqlamışdı.

Ancaq bu əsgərlərin indiyədək müasir döyüş meydanında xidmət etməmələri və ümumi təcrübəsizlikləri onların həlak olmasına ya da sıradan çıxmasına səbəb olmuşdur.

Bu vəziyyəti diqqətə alan Şimali Koreya lideri Kim Çen In çərşənbə günü Pxenyanda qatıldığı hərbi universitetin andiçmə mərasimində: “ordu praktiki təlimlərə önəm verərək modernləşməlidir”, – deyə bildirmişdir.

Şimali Koreya qoşun tədarükü ilə yanaşı, Rusiyaya artilleriya sursatları və artilleriya sistemləri də verir. Açıq mənbəli analitiklər və şahidlər Pxenyandan gələn silah sistemlərini peyk fotolarından və telefon qeydlərindən dəfələrlə görüntülərini çəkmişdi.

Ukrayna və Qərb ekspertləri Rusiya ordusunun Şimali Koreya istehsalı olan silahlardan istifadə etdiyini bildiriblər. Pxenyan administrasiyası isə Rusiyaya hərbi dəstək verdiyini rəsmən qəbul etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam