Yenixeber.org: Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı yazılı məlumatda deyilir.
Zeya həmçinin bildirib ki, Dövlət Departamenti bundan başqa ukraynalıları dəstəkləmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına 2 milyon dollar, habelə BMT-nin Ukraynada qadınların vəziyyətinin yaxşılaşdırılması proqramına 2 milyon dollar ayırıb.
Zeya Kiyevdə baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini - ədliyyə naziri Olqa Stefanişina, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova, həmçinin Ukrayna Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun rəhbərliyi ilə görüşüb.