Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə parlamentinin komissiyası -Şuşa Bəyannaməsini təsdiqləyib

Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.

Yenixeber.org: Qanunverici orqanın sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərini, eləcə də ortaq milli maraqları özündə ehtiva edən tarixi sənəd kimi dəyərləndirilib.

Xarici İşlər Komissiyasının sədri Akif Çağatay Kılıçın sədrliyi ilə keçirilən iclasda deputatlar, hökumətin təmsilçiləri və ekspertlər Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran və başqaları diqqətə çatdırıblar ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə dövləti və xalqı haqq işində hər zaman Azərbaycanın yanında olub. Bildirilib ki, Şuşa Bəyannaməsi mövcud beynəlxalq geosiyasi vəziyyətdə qəbul edilmiş ən düzgün tarixi sənəddir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi vəziyyət bütün tərəflər üçün tarixi şans kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Türkiyə şanlı Vətən müharibəsində olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaqdır. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini özündə tam dolğunluğu ilə əks etdirir.

Çıxışlarda qeyd olunub ki, Şuşa Bəyannaməsinə söykənərək Ermənistanla normallaşma, Zəngəzur dəhlizinin açılması, regionda çoxtərəfli əməkdaşlıq məsələlərində ortaq addımlar atılacaq.

Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib və sənədin Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə edilməsini tövsiyə edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam