Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Separatçılar ermənilərin yarısının -Qarabağdan qaçdığını təsdiqlədilər

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın "nümayəndəsi" Artak Beqlaryan bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində - Qarabağda yaşayan ermənilərin yarıdan çoxu evlərini tərk edib.

Yenixeber.org: Bu barədə xarici mətbuatdan xəbər verilir.

Beqlaryan qeyd edib ki, ermənilərin əksər hissəsi Ermənistana qaçıb, digər hissəsi isə Qarabağ daxilində yerlərini dəyişiblər. O, bunu hərbi əməliyyatlarla əlaqələndirib.

A.Beqlaryanın sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu ərazini tərk edib. O, regionu tərk edənlərin sayının 75 min nəfər olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə erməni hərbçilərin Dağlıq Qarabağı və işğal altında olan digər əraziləri kütləvi tərk etmələrinin görüntüləri yayılıb.

Bununla yanaşı, separatçıların digər "nümayəndəsi" Vaqram Poqosyan da Ermənistan hərbçilərinin işğal altında olan Azərbaycan ərazilərinin bir hissəsini tərk etdiklərini təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam