Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

OLMASIN

 Yenixeber.org: Türk və Azərbaycan orduları birləşib Bakı şəhərini 1918-ci ilin sentyabr ayının 15-də rus-erməni quduzlarından azad etmişdir.

 

 İsmayılda elmi gördük,

Səfəvidə gücü gördük,

Xilqətində haqqı gördük,

Gül-çiçəkdən çələng hördük,

Türk gələndə söz olmasın.

 

İnqilabı xalqa bağlı,

Azadlığı Türkə bağlı,

Məfkurəsi kökə bağlı,

Ətir verdi baxça-bağı,

Türk gələndə söz olmasın.

 

Türk gəlişi bayram olub,

Tarixini yazan olub,

Xatırlayan, görən olub,

Qucaq açan qardaş olub,

Türk gələndə söz olmasın.

 

Gözlər yolda gözlədilər,

Pişvazına düzüldülər,

Ömür-günü şad gördülər,

Küçələrə su səpdilər,

Türk gələndə toz olmasın.

 

Arxa duran Ənvər Paşa,

Qardaşıyla Nuru Paşa,

Səməd bəylə Əli ağa,

Düşmənləri dağıtmağa,

Ordu yığdı vuruşmağa,

Türk gələndə az olmasın.

 

Sentyabr 2011-ci il


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam