Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

YARADICI ELM İSTEHSALAT ALİMLƏRİ

 

 

YARADICI ELM İSTEHSALAT ALİMLƏRİ

 

Yenixeber.org: Elm bilavasitə istehsal qüvvəsinə çevrilmişdir. Əmək prosesində avtomatlaşdırılmış sahələrdə fəhlədən geniş məlumata malik olmaq, elmi biliklərə malik olmaq, elmi biliklərə yiyələnmək tələb olur. Müasir elmdə elmin təşkili və idarə edilməsi problemləri mühüm əhəmiyyət kəsb edir.

Respublikamız Yer kürəsi ərazisinin və onun əhalisinin kicik bir hissəsini təşkil etsə də insan cəmiyyətinin xoşbəxt həyat sürməsi üçün elmi kəşf və ixtiralar sahəsində əvəzi olmayan bir sıra müvəffəqiyyətlərə sahib ola bilmişdir.Bir qədər də bu sahədə dərinə gedib demək mümkündür ki, müasir dövrdə elmin təşkili və idarə olunması tələbləri Azərbaycan Milli Aviasiya Akademiyasında yerinə yetirilir.

Akademik Arif Şəfaət o. Mehdiyev yazır: Milli Aviasiya Akademiyası 1999,2000,2003-cü illərdə MDB Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə mülki aviyasiya ali təhsil müəssisəsi Sertifikatına layiq görülmüş, 2000,2001,2002-ci illərdə isə İKAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) mülki aviasiya ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. MAA-nın rektoru,akademik A.M.Paşayev MDB ölkələri Dövlətlər arası Aviasiya Komitəsi nəzdində olan aviasiya mütəxəssislərinin hazılanması üzrə Koordinasiya Şurasının üzvü seçilmişdir.

2003-cü ilin mart ayında Milli Aviasiya Akademiyası MDB ölkələri arasında,Avropa Universitetləri Assosiasiyasına tam hüquqlu üzvü kimi qəbul olunmuş ilk akademik ali təhsil məssisələrindən biri oldu.

MAA-nın kollektivi akademik A.M.Paşayevin rəhbərliyi altında “2003-2010-cu illər ərzindı Milli Aviasiya Akademiyasında elm və təhsilin inkişafı üzrə Proqram” həyata keçirir.

1.PAŞAYEV Arif Mir Cəlal oğlu 1934-il fevral ayının15-də Bakı şəhərində dünyaya göz açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının və bir neçə Akademiyanın ( Beynəlxalq Mühəndislik Akademiyasının, Beynəlxalq Nəqliyyat Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının) akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, SSRİ ixtiraçısı, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Arif Mir Cəlal oğlu Paşayevin əsərlərinin biblioqrafiyasında onun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas məqamları öz əksini tapmışdır.

Biblioqrafiyada A.M. Paşayevin 1970-2003-cü illərdə Azərbaycan, rus, ingilis və s.dillərdə çap edilmiş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, beynəlxalq simpozium və konfranslardakı çıxışlarının tezisləri, müəlliflik şəhadətnamələri və ixtira patentləri öz əksini tapmışdır.

Elmi praktiki fəaliyyəti əks etdirən materiallar, istifadə olunmasını və asanlaşdırmaq üçün, xronoloji qaydada verilmiş, arxada müştərək müəlliflərin siyahısı əlifba sırası ilə verilmişdir.

Akademik A.M. Paşayevin böyük bir dövrü əhatə edən biblioqrafiyası onun elmi-pedaqoji, elmi-təşkilati və ictimai fəaliyyəti ilə tanışlıq üçün böyük əhəmiyyət kəsb edə bilər.

A.M.Paşayev tərəfindən ilk dəfə olaraq yarımkeçirici materialların elektofiziki parametrlərinin kontaktsız ölcülməsi üsullarının fiziki əsasları işlənmişdir. Onun tərəfindən bu üsulların praktiki reallaşdırılması üçün cihazlar seriyası yaradılmış və istehsalata tətbiq edilmişdir:

- yarımkeçirici material və strukturların xüsusi müqavimətinin kontaktız ölçülməsi üçün “Siqma” seriyalı cihaz;

- yüksək aşqarlanmış yarımkeçiricilərin və yarımmetalların kontaktsız tədqiqi üçün “RO” seriyalı cihaz;

- yarımkeçirici materiallarda qeyri-həmcinsliyin kontaktsız ölçülməsi ücün “BİN” seriyalı cihaz.

Arif Mir Cəlal oğlu Paşayev tərəfindən işlənmiş zədəsiz nəzarət metodları və cihazları bir çox istehsalat proseslərini tamamilə avtomatlaşdırmağa, məhsuldarlığı artırmağa və sənayedə istehsal olunan yarımkeçirici cihaz və materialların keyfiyyətini yaxşılaşdırmağa imkan verdi.

2.NİZAMOV Telman İnayət oğlu. 1939-cu il avqust ayının 12-də Ağdaş bölgəsinin Qobu-üstü kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 2005-ci ildə “Su mühitinin təbii və texnogen anomaliyələrinin monitorinqi üçün hidroakustik kompleks” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru alimlik dərəcəsi almışdır. Hal hazırda Azərbaycan Milli Aviyasiya Akadeniyasının (AMAA) Elmi –Tədqiqat Nəqliyyat və Aerokosmik Problemləri İnstitutu Konstruktor Bürosunun rəisi vəzifəsində işləyir. O, AMAA-nın akademikidir. Bir sıra xidmətlərinə görə “Mühəndislik rəşadəti” qızıl medalına layiq görülmüşdür.

A.M. Paşayevin qayğısı sayəsində elmi nailiyyətlərin istehsalata tətbiqi respublikanın iqtisadi inkişafında, sənayedə və kənd təsərrüfatında əhəmiyyətli rol oynayır. Praktiki olaraq, elm insanları tərəfindən yaradılan hidroakustik məlumat sistemlərinin köməyi ilə Xəzər dənizinin şelf zonasında, “Bahar” yatağında neft-qaz borularının vəziyyəti və Kür çayının dibi öyrənilmişdir. Aparılan elmi axtarışların və yaradılan hidroakustik aparatların nəticəsi olan “Sualtı kompleks işlər və onun tətbiqi” 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Parafinin qarşısını almaq məqsədilə hazırlanan reagentdən 1995-ci ildə “Ələt” yatağının mədənlərində istifadə edilmişdir. Bu işlərin genişləndirilməsi və növbəti mərhələlərində parafin və hidratin əmələ gəlməsinə qarşı istifadə olunan yüksək faydalı iş əmsalına malik unikal avtomatik elektrik qızdırıcı yaradılıbdır. “BAİL-1“ adlandırılan bu qurğuya Azərbaycan Respublkasının və Rusiya Federasiyasının 10-a qədər patenti alınmışdır.

Hazırda Azərbacan Dövlət Neft şirkətinin “28 May”, “Bulla-dəniz” , Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarələrinin mədənlərində bu qurgudan istifadə olunmaqdadır.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviyasiya Akademiyasında (MAA) İnnovasiya Texnologiyaları əsasında aparılan işləmələrin ozonun respublikada ilk dəfə aviyasiyada, tibbidə, kənd təsərrüfatında istifadəsi zamanı müsbət nəticələr əldə olunub. Bununla əlaqədar MAA-da, Genetik Ehtiyatlar İnstitutunda (GEİ) və Kənd Təsərrüfatı Nazirliyində (KTN) ozonlaşdırma üsulunun istifadəsinə uyğun işlər aparılıb. Ozonla emal olunmuş anbarlarda zərərvericilər və

gəmiricilər tam məhv olunmuş, ozonlaşdırılaraq saxlanılan taxılda bit və mikroorqanizmlər müşahidə olunmamış; nəzərətlə müqayisədə ozonla emal olunaraq səpilmiş toxumlar daha tez yetirmiş və xəstəliyə davamlı olmuş, taxılın keyfiyyəti yüksəlmiş, məhsuldar lıq 15% artmışdır.

3.SALMANOV Fərman Qurban oğlu (d.28.7.1928, Şəmkir rayonunun Morul k.)-mühəndis-geoloq, geologiya-mineralogiya elmləri doktoru(1971). Sosialist Əməyi Qəhrəmanı(1976). Lenin mükafatı laureatı(1970). 1954-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.1954-59–cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, neft kəşfiyyatı ekspediyasının rəisi, 1959-62-ci illərdə Tümen ərazi geologiya idarəsi Surqut neft kəşfiyyatı ekspediyasının rəisi, 1962-64-cü illərdə Ust-Baltik ekspediyasının baş geoloqu, 1964- 70 ci illərdə Pravdinsk neft kəşfiyyatı ekspediyasının rəisi, 1970-ci ildən Tümen Baş Geologiya İdarəsinin neft və qaz üzrə baş geoloqu olmuşdur. 1978-ci ildən Tümen Baş Geologiya İdarəsinin rəisidir. Salmanov F.Q. Tümen vilayətinin Orta Obyanı ərazisində 20-dən çox neft yatağını kəgf etmişdir.1968-ci ildən Surqut şəhərinin fəxri vətəndaşıdır. Qubkin adına mükafata layiq görülmüdür (1980). Lenin ordeni və medallarla təltif edilmişdir (cild VIII,səh.274).

Quliyev Elxan Sarı o. mart 2018-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam